CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd nəfərlik bir ailənin ehtiyac meyarı iki min manatdır

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidВ торговом зале супермаркета "Кировский"
В торговом зале супермаркета Кировский - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Azərbaycanda köhnədən qalmış bir hesablanma qaydası var ki, bu da kiçik bir rəqəmin alınmasına səbəb olur"

BAKI, 13 dek — Sputnik. 2017-ci ildə Azərbaycanda ehtiyac meyarının 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bunu Milli Məclisin son plenar iclaslarında, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib."Bu vəsaitin artması hesabına gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur", — deputat əlavə edib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi təsdiqlənərsə, 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda ehtiyac meyarının hesablanması qaydaları kifayət qədər köhnəlib: "Ehtiyac meyarına yeni elementlər daxil edilməlidir. Çünki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə demək olar ki, hər il bu indiqatorlar yenilənir. Bir çox ölkələrdə artıq internet xidmətlərindən tutmuş, insanların mədəni dincəlməsinin təmin olunmasına qədər bir çox meyarlar ehtiyac meyarının içərisinə daxil edilib".

"Azərbaycanda isə çox köhnədən qalmış bir hesablanma qaydası var ki, bu da kiçik bir rəqəmin alınmasına səbəb olur. Baş verəcək artım və bununla əlaqədar digər sahələrə də təsiri, sadəcə qanunun tələbidir", — ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda rəsmi inflyasiya qədər hər il ehtiyac meyarı indeksləşir və sonradan təqaüdlərin baza hissəsinin və büdcədən maliyyələşən insanların maaşlarında rəsmi inflyasiya qədər indeksləşmə aparılır: "Bu il rəsmi inflyasiya, hələlik 12 faiz civarında göstərilir və çox güman ki, ilin sonunda da 11-12 faiz elan olunacaq və o hədlər qədər də indeksləşmə aparılacaq".

"Türkiyədə 4 nəfərdən ibarət bir ailənin ehtiyac meyarı bu yaxınlarda hesablanaraq, təqribən 4 min türk lirəsinə bərabər olub. Bu da Azərbaycan manatının indiki məzənnəsi ilə, təqribən 2 min manata yaxın məbləğ edir. Yəni, Türkiyədə 4 nəfərlik bir ailənin ehtiyac meyarı belə hesablanıb", — N. Cəfərli deyib.

O, əlavə edib ki, Gürcüstanda və Rusiyada da bizdən daha yüksək rəqəmlərlə hesablanır: "Rusiyada ehtiyac meyarı bizdən, təqribən 50 faiz artıq hesablanıb. Yəni, dollar ekvivalentində təqribən 100 dollardan çoxdur, 105 dollara yaxındır. Bu da indiki məzənnə ilə 180-190 manata yaxın vəsait edir".

Bankomat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yaşayış minimumu 19 manat artırılır

İqtisadçının sözlərinə görə, Azərbaycanda ilkin olaraq ehtiyac meyarının hesablanma indiqatorları, qaydaları dəyişdirilməli, yeni elementlər əlavə olunmalıdır: "Bu, niyə baş vermir? Düşünürəm ki, səbəbi ehtiyac meyarı nə qədər yüksək olduqda onun maaşlara, sosial müavinətlərə və təqaüdlərə də təsir göstərməsi ilə bağlıdır, avtomatik olaraq onlarda da ciddi artım müşahidə olunmalıdır. İndi büdcənin kiçilməsi ilə əlaqədar kəskin maaş, təqaüd, sosial yardımların artımına getməyə hökumətin imkanları yoxdur".

Ekspert qeyd edib ki, Azərbaycan bu məsələdə, ən azından qonşu ölkələrin modelinə baxa bilər: "Qonşu ölkələrdə ən yaxşı hesablama metodologiyası Türkiyədədir. Türkiyədə, təqribən 600-ə yaxın element ehtiyac meyarının hesablanmasına daxil edilib. Bu da beynəlxalq standartlara uyğun bir yanaşmadır. Düşünürəm ki, Türkiyə modelindən istifadə edə bilərik".

Xəbər lenti
0