20:44 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
240930

Zeynəb Əliyeva: "Mənim başqa fikrim olsa, burda olmaram ki... Həm başqa yolla gələn pulun bərəkəti olmaz. Biz çörəyimizi halal yolla qazanırıq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 13 dek — Sputnik. Zeynəb Əliyeva, əslən Neftçala rayonundandır. 10 ildir ki, Bakıya köçdüyünü deyir. Elə Bakıya köçəndən bu yana, müxtəlif restoranlarda aşpaz kimi çalışıb.

Amma bir gün qərar verib ki, özünə aid bir yer açsın — kiçik bir kafe. Və 1000 manat sərmayə ilə bu işə başlayıb. Bu işə başlayanada qorxuları var imiş. Amma sonra başa düşüb ki, kafe işlətmək elə onun işidir.

Zeynəb Əliyeva: Gərək müştərinin xətrinə dəyməyəsən. Mülayim danışasan, şirin dillə başa salasan
© Sputnik / Irade JELIL
Zeynəb Əliyeva: "Gərək müştərinin xətrinə dəyməyəsən. Mülayim danışasan, şirin dillə başa salasan"

"Kimdənsə asılı olmaqdansa, kiminsə əlinin altında çalışmaqdansa, adamın öz işinin olması daha yaxşıdır. Öz işin olanda özünə həm nökər, həm ağa olursan. Belə daha rahatdır. Bu işə iki bacı başladıq və uğurlu alındı. Gəlirimiz də pis deyil", — deyir Zeynəb.

Dediyinə görə, qadın üçün kafe işlətməyin müəyyən çətinlikləri olur: "Bu çətinliklər, əsasən kişi müştərilərlə yaranır. Bəzən yaşlı kişi müştərilər olur ki, mənə qarşı maraqlı olduqlarını açıqlayırlar. Bəzən deyirlər, "xanım, sizdən xoşumuz gəlir, boş vaxtınız olanda görüşək". O zaman müştəriyə cavab verirəm ki, "mənim bütün zamanım mətbəxdə keçir". O zaman heç nə deyə bilmirlər".

Zeynəb Əliyevanın işlətdiyi kafe
© Sputnik / Irade JELIL
Zeynəb Əliyevanın işlətdiyi kafe

"Gərək müştərinin xətrinə dəyməyəsən. Mülayim danışasan, şirin dillə başa salasan. Həm də, axı insanın üzünə baxanda bilinirsən, qarşındakı necə adamdır. Məni tanıyanlar da bilirlər ki, halal zəhmətimlə çörək qazanıram. Mənim başqa fikrim olsa, burda olmaram ki… Həm başqa yolla gələn pulun bərəkəti olmaz. Biz çörəyimizi halal yolla qazanırıq", — müsahibimiz əlavə edir.

Zeynəb hələ ki, kafesində günorta yeməkləri hazırlayır. Saat 21.00 olan kimi isə kafeni bağlayıb evinə gedir. Onun, 2-ci sinifdə oxuyan bir oğlu da var. Zeynəb qalan zamanını oğlunun təlim-tərbiyəsi ilə məşğul olmağa və ailəsinə sərf edir.

Yoldaşı, əvvəlcə Zeynəbin özünə iş qurmasına razı olmayıb, qadının təkidlərindən sonra razılaşıb: "Səhər bazarlığımı edib, işimə gəlirəm. Başlayıram yeməkləri bişirməyə. Əsasən, qazan yeməkləri bişirirəm. Müştərilər heç vaxt birdən yemək sifariş etmirlər. Bir dəfə bir müştəri gəldi, soruşdu ki, "dolma bişirə bilirsən?". Dedim "hazırı var". Bir pors yedi, iki pay da özü ilə apardı. Mənim yeməklərimi müştərilər bəyənirlər".

Zeynəb Azərbaycan mətbəxinin bütün sirlərini bilir. Söhbət əsnasında bizə söz verdi ki, yaxın günlərdə, kameramız qarşısında Bakı qutabı hazırlayacaq ki, oxucular onun hazırlanma qaydasından agah olsunlar. Bizi izləyin…

Əlaqədar

Ömrü mübarizədə keçən qadın: "Dua edirdim ki, biz çatanadək canına qıymasın"
Ölü ilə danışdığını anlayan xilasedici sarsıldı
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"
Həyatını uduzan qadın...
"Mənə elə bir iftira atdılar ki..."
Teqlər:
Naftçala, Zeynəb Əliyeva, gəlir, kafe, Bakı, qadın

Əsas mövzular