09:16 20 Oktyabr 2017
Canlı yayım
Sputnik Azərbaycan informasiya agentliyinin Xəbərlər studiyası

Bu həqiqət isbat olunmalıydı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
61610

Buna "İllik hesabat" da demək olar...

BAKI, 12 dek — Sputnik. Haqlısınız, bu aralar dava yorğan davasıdır. Toxların aclara "iftar dərsi" keçdikləri dönəmdə, ayaqları yorğana sığmayanlardır günün qəhrəmanları…

Manatın açıq okeana buraxılması və Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin reallaşması üçün tələb olunan vəsaitin məbləğidir ayın (ilin) mövzusu. Mövzuların yaralı yeri…

Jurnalistlər
© Sputnik / Murad Orujov

Ard-arda həbs olunan media "reket"ləridir gündəmin fatehi. Onların da öz davaları varmış…

Amma mən niyəsə başqa davaya taxıldım. Özümü tam sputnik-çi saymağım doğru olmaz, bəlkə də ayıb olar. Çünki bu missiyaya həftədə cəmi bir dəfə qatqıda bulunuram. Ya da bulunurammı, bilmirəm…

Bütün bunlara rəğmən (gerçək sputnik-çilər məni bağışlasınlar), bir az ürkək, bir az ürəkli, bir az da ərkyana, "biz" kəlməsindən istifadə edəcəm və böyük danışacam. (Zatən, "biz" olmadan, "mən" olmaq mümkün deyil. Nə "mən", nə "sən", nə "o"…) Beləliklə:

Biz isbat etdik ki, vətəndaş olmaq vətənşüvən olmaq deyil!

Biz isbat etdik ki, Vətən oğlu olmaq üçün Vətəndə doğulmaq kimi bir şərt yoxdur!

Biz isbat etdik ki, başqa bir dövlətin media orqanında çalışmaq başqasının qulu olmaq anlamına gəlmir, gəlməməlidir!

Biz isbat etdik ki, Vətənə xidmət — bütün sahələrdəki boşluqları Vətən oğullarının doldurmasından başlar!

Biz isbat etdik ki, o boşluğu başıboşlara buraxmaq Vətənə xəyanətdir!

Biz isbat etdik ki, Vətənə faydalı olmaq — heç də hər şeyi ağ görmək və həm də qara görmək deyil!

Biz isbat etdik ki, nəinki düşməni, hətta dostu da gözardı etsən, sənən düşmən olar!

Biz istab etdik ki, düşməni də onun dostuna düşmən etmək olar, əgər dost olmağı bacararsan!

Biz isbat etdik ki, ağ ayı, da bozqurd da… sən diri(baş) olduğun müddətcə səninlə xoş keçinər!

Biz isbat etdik ki, böyüklərin böyük oyunlarında kiçik alət olmaq yanlışdır!

Biz isbat etdik ki, emosiya heç də hər zaman deyil, heç bir zaman fayda gətirməz (hələ-hələ böyük missiyalar içərisindəykən)!

Biz isbat etdik ki, qonşunun əkin sahəsində çalışsaq da, o qonşunun daşını qardaşımızın bostanına atdırmarıq!

Biz isbat etdik ki, qonşumuz qardaşımızla toqquşarsa, uzaqgörənlik — o fitili daha da alovlandırmaq deyil, söndürməkdir!

Biz isbat etdik ki, qonşuları münaqişə deyil, anlaşma diri tutar!

Biz isbat etdik ki, bunun əksini iddia edənlər belə, toqquşmanın ilk atəş səsindən diksinirlər!

Biz isbat etdik ki, jurnalistika dəfin bir tərəfinə döymək deyil!

Ofis işçisi, arxiv şəkli
© Foto: shkolazhizni.ru

Biz isbat etdik ki, mərdlik — çalışdığı qurumdan, əməkhaqqı aldığı patrondan, əməl etdiyi qaydalardan asılı olmayaraq, simasını saxlamaqdır!

Biz isbat etdik ki, atılan çamur heç də hər zaman yapışmaz, ləkə heç də daimi qalmaz!

Biz isbat etdik ki, istedad sahiblərini, "qapıda gözləyən çoxdur" prinsipi ilə aşağılamaq deyil, onlara meydan vermək lazımdır!

Biz isbat etdik ki, ən qısa zamanda ən uzaq hədəflərə çatmaq mümkündür!

Biz isbat etdik ki, mənim oxucumu, təkcə müğənnilərin alt paltarı, məmurların qız alış-verişi və başqasının pullarını saymaq maraqlandırmır!

Biz isbat etdik ki…

Biz isbat etdik ki, bəzən Vətən naminə Vətəndən kənara çıxmaq və sinəni kənardan Onun üçün sipər etmək lazımdır. Yoxsa bu Vətəni bizə buraxmazlar!

Əlaqədar

Sputnik-in ofisində bomba həyəcanı
Sputnik dünya ictimaiyyətinə səsləndi: "Senzuraya qarşı birləşək"
Orhan Pamuk Sputnik-ə maraqlı açıqlamalar verdi
Fikrət Sadıxov: İlham Əliyev Sputnik-ə müsahibəsində çox mühüm məsələlərə toxunub
Azərbaycan Prezidenti Sputnik-in fəaliyyətindən məmnundur
İlham Əliyev Sputnik-in suallarını cavablandırıb
Sputnik Azərbaycan olimpiyaçılarımıza sosial şəbəkələrdə dəstək oldu
Rövşən Lənkəranski ilə bağlı son xəbər: Tibb bacısı Sputnik-ə danışdı
Türkiyədə Sputnik-ə girişə qoyulan qadağa ləğv olundu
Teqlər:
xəbər, isbat, gündəm, dava, Sputnik

Əsas mövzular