20:45 17 Oktyabr 2017
Canlı yayım
Uşaq bağçası, arxiv şəkli

İcbari məktəbəqədər təhsilə keçid ola bilər

© Foto: Azərbaycanın birinci xanımının rəsmi internet səhifəsi
CƏMİYYƏT
Qısa URL
129 0 0

İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər.

BAKI, 9 dek-Sputnik. Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi yüksəldiləcək.

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə bildirilir ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir.

Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır.

Oksigen zavodu, arxiv şəkli
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək.

Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksək ixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək.

Yol xəritəsində həmçinin qeyd olunub ki, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir.

İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər. Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramı hazırlana bilər.

Əlaqədar

Manat tam üzən məzənnə rejiminə keçir
Türkiyə Rusiya ilə dostlaşmaq üçün "Yol xəritəsi" hazırlayıb
Ekspert: Bağçaları söküb yerində göydələnlər, şadlıq sarayları tikdilər
Teqlər:
məktəbəqədər təhsil, "Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi", Strateji Yol Xəritəsi

Əsas mövzular