09:57 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Parlamentin iclası

Oqtay Əsədov pulsuzluqdan gileyləndi: "Artım yoxdur"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
59 0 0

Spiker: "Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç işıq puluna çatmayacaq"

BAKI, 8 dek — Sputnik. "Gələn il Milli Məclis və Aparatının saxlanması üçün büdcə layihəsində 23 milyon 89 min 714 manat nəzərdə tutulub. Bu da 2016-cı ilə müqayisədə 394 min 784 manat və ya 1,74% çoxdur".

Sputnik xəbər verir ki, bunu Milli Məclisin işlər müdiri Firudun Hacıyev, parlamentin plenar iclasında Milli Məclisin xərclər smetasını təqdim etdiyi zaman deyib. O, qeyd edib ki, ümumi dəyərin 74,5%-ni əmək haqqı fondu təşkil edir.

Spiker Oqtay Əsədov Firudun Hacıyevin çıxışından sonra deyib: "Sən deyirsən ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni, artım yoxdur".

"Həqiqətən keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini aşağı salıb. Ezamiyyə xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu", — Əsədov bildirib.

Onun sözlərinə görə, dövlət təşkilatları arasında ən çox xaricə ezamiyyətə gedənlər parlamentin nümayəndə heyətləridir: "Bu ildən artıq, saxladığımız iki parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, maliyyə naziri Samir Şərifova da demişəm ki, ezamiyyə xərcləri məsələsi nəzərə alınmalıdır".

Əlaqədar

İş axtaranlar qarşısında absurd tələb irəli sürülür
Yaşayış minimumu 19 manat artırılır
Ünvanlı sosial yardımların məbləği artırılacaq
Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır
Fonda əlavə 100 milyon manat ayırılacaq
Teqlər:
ezamiyyə, maliyyə, spiker, Oqtay Əsədov, Firudun Hacıyev, parlament, büdcə, Milli Məclis

Əsas mövzular