13:16 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
CƏMİYYƏT
Qısa URL
187910

Hazırda bu müəssisələrin tikinti işlərinə 1300-dən çox işçi cəlb olunub

BAKI, 6 dek — Sputnik. "Sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır".

Sputnik xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında deyib. O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib.

"İnvestisiyasının ümumi həcmi 83.4 milyon dollar olan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən "Azertexnoline" zavodu fəaliyyətə başlayıb. Zavod artıq ümumi istehsalın 75 faizini ixrac edib. Müəssisədə 700 nəfər işlə təmin olunub. 2017-2018-ci illərdə də bir sıra müəssisələr fəaliyyətə başlayacaq və bu müəssislərdə 700-dən çox yeni iş yerləri yaradılacaq. Hazırda bu müəssisələrin tikinti işlərinə 1300-dən çox işçi qəbul olunub", — nazir bildirib.

Mustafayev qeyd edib ki, Balaxanı Sənaye Parkında tullantıların təkrar emal üzrə ümumi investisiyasının həcmi 22,3 manat olan 5 müəssisə 2017-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq: "Burada 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2017-2020-ci illərdə qeyri-neft sahəsi üzrə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır. Qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə 4,7 faiz artım gözlənilir".

Əlaqədar

Azərbaycanda 89 çeşiddə dərman istehsal olunacaq
İşıq və qazın qiymətinin artırılması büdcəyə 300 milyon manat qazandıracaq
Komitə sədri: "Vəziyyət narahatlıq doğurur"
Sabah dollar yenidən bahalaşacaq
Spiker büdcədəki gözlənilən dəyişikliklərdən danışdı
Plenar iclasda büdcə müzakirələri başladı
Teqlər:
zavod, nazir, Şahin Mustafayev, iş yeri, sənaye parkları

Əsas mövzular