00:33 15 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
MDB məkanında əlilliyi olan insanların problemlərinin həlli mövzusunda keçirilən Bakı-Tbilisi-Astana-Minsk-Kişinyov videokörpüsü

"Ölkədə əlillərin vəziyyətinin yaxşı olduğunu demək olmaz"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
3001

"MDB məkanında əlilliyi olan insanların problemlərinin həlli" mövzusunda Bakı-Tbilisi-Astana-Minsk-Kişinyov videokörpüsü keçirilib

BAKI, 2 dek — Sputnik. "Dünyanın heç bir ölkəsində əlilliyi olan şəxs dövlət dəstəyi olmadan yaşaya bilmir". Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "MDB məkanında əlilliyi olan insanların problemlərinin həlli" mövzusunda keçirilən Bakı-Tbilisi-Astana-Minsk-Kişinyov videokörpüsündə, belarus iştirakçı, "БелОИ" təşkilatının sədri Vladimir Potapenko belə deyib.

Onun sözlərinə görə, Belorusda Avropa standartlarına çatmağa çalışılsa belə, əlilliyi olan insanlar problemlərini özləri həll edə bilmirlər: "Hər bir əlilin öz problemi var. Sovet və postsovet dövründəki vəziyyəti araşdırsaq, biz müsbət və mənfi dəyişiklikləri görə bilərik. Əsas müsbət dəyişiklik odur ki, MDB ölkələri əlillik problemlərinin həllinə daha çox maliyyə ayırmağa başlayıb. Mənfi tərəf isə bu problemlərə olan diqqətin artmamasıdır".

Qazaxıstandan olan iştirakçı, Müstəqil həyat "DOS" Əlillərin İctimai Birliyi Mərkəzinin rəhbəri Dina Erdildinova isə Qazaxıstanda əlilliyi olan şəxslər üçün imkanların inkişafı haqqında məlumat verib. O, son illərdə Qazaxıstanda əlilliyi olan şəxslərin vəziyyətinin yaxşılaşdığını deyərək müəyyən tədbirlərin, o cümlədən fərdi yanaşma, inkluziv təhsil, əlillərin ikinci mərtəbədən yuxarı olmayan mənzillərlə təminatı və onlar üçün göstərilən pulsuz xidmətlərdən danışıb.

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimlinin sözlərinə görə isə, MDB ölkələrində olan əlillərin ümumi vəziyyəti və qarşılaşdığı problemlər eynidir: "Bu məsələyə kompleks şəklində yanaşmaq lazımdır. Biz deyə bilmərik ki, Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti yaxşıdır. Biz bunu o zaman deyə bilərik ki, ölkədəki əlilliyi olan şəxslər hamı kimi evdən çıxıb təhsil alsınlar və işləyərək öz ehtiyaclarını ödəyə bilsinlər. Təəssüf ki, biz buna nail olmamışıq".

"2006-cı ildə BMT tərəfindən konvensiya qəbul olunandan sonra müsbət dəyişiklər oldu. Bu dəyişikliklər, xüsusilə qanunvericilik sahəsində bilinir. Biz sıra qanunlar dəyişildi, onlara əlavələr edildi, yeni qanunlar qəbul olundu. Lakin qanunlar və onların icrası arasında böyük bir uçurum var. Onların icrası geri qalır. Bu, böyük və kompleks bir işdir. İnkişaf etmiş ölkələrdə belə, bu problemi tam həll etmək mümkün deyil", — deyə D. Rəhimli əlavə edib.

Qeyd edək ki, tədbir 3 dekabr — Beynəlxalq Əlilliyi Olan Şəxslər gününə həsr olunub.

Əlaqədar

Əlilliyi olan gənclər cəmiyyətdəki nöqsanları dilə gətirdilər
Əlilliyi olan uşaqlar üçün növbəti kurs təşkil olunub
Azərbaycanda 570 minə yaxın əlil yaşayır
Əlillərin aktual problemləri və onların həlli yolları
200-ə yaxın Çernobıl əlilinə mənzil verilib
Bakıda Çernobıl əlilləri ilə görüş keçirilib
Teqlər:
tədbir, Davud Rəhimli, videokörpü, əlil, Bakı

Əsas mövzular