CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yaşayış minimumun məbləği dəyişir

© Sputnik / Murad OrujovƏmək haqqı
Əmək haqqı - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı il üçün yaşayış minimumu 136 manatdır

BAKI, 1 dek — Sputnik. 2017-ci il üçün yaşayış minimumu 14 faiz və ya 19 manat artırılır. Sputnik-in xəbərinə görə, bunu, Milli Məclisdə büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, "2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində gələn il yaşayış minimumunun 155 manat olması təklif olunur: "Qanun layihəsində yaşayış minimumu, əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb".

Qeyd edək ki, 2016-cı il üçün yaşayış minimumu 136 manatdır.

Xəbər lenti
0