CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzillərə verilən qazı gizlicə kəsirlər - əhali donur

© Sputnik / Sergey AverinMənzildə qaz yanır
Mənzildə qaz yanır - Sputnik Azərbaycan
Abunə olmaq
Əksəriyyət binalardakı mərkəzi istilik sisteminin fəaliyyətindən narazıdır

BAKI, 28 noy — Sputnik. Bu il qış tez gəldi. Təbii ki, vaxtından tez soyuyan hava bir sıra sosial problemləri üzə çıxardı. Belə ki, ölkənin bir çox hissəsində vətəndaşlar mənzillərində istilik problemi ilə üzləşirlər.

Bina - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir kommunal xidmət bahalaşır

Sputnik-in əməkdaşı, "Mənzilinizi qızdıra bilirsiniz? Qızdıra bilirsinizsə, hansı üsulla?" sualına sosial şəbəkə istifadəçilərinin münasibətini öyrənib.

Günel Eyvazlı: "Baxmayaraq ki, bəzi binalar mərkəzi istilik sistemləri ilə təchiz olunub, əlavə istilik sistemləri olmadan (kombi, kondisioner, qızdırıcı sobalar), evlərdə istiliyi təmin etmək mümkün deyil. Təzyiq az olduğundan, evlər qızmır".

Namiq Salahov: "Evimizi qaz sobası ilə qızdırırıq".

Tərxan Paşazadə: "Demək olar ki, nəfəsimizlə".

Rumiyyə Miraslan: "Mənzilimizi kombi ilə qızdırırıq, daha doğrusu, qızdırmağa çalışırıq. Çünki, buna qızdırmaq deməyə insanın insafı yol vermir. Evdə, az qalır, kurtka ilə oturaq, uşaqlar dərs tapşırıqları ilə məşğul olanda, barmaqlarını isitmək üçün əlcək geyirlər, soyuqdan göyərmiş burunlarını şarfla, qulaqlarını papaqla isidirik. Bu azmış kimi, verilən qazın tərkibi o qədər bərbaddır ki, hər ay kombi ustası çağırmağa məcbur oluruq. Bu sistemdə nasazlıq yarananda, təmir olunması çox baha başa gəlir. Soyuqlar düşəndən bu yana kombi ustalarına 350 manat xərcimiz çıxıb, qarşıda hələ neçə ay olduğunu nəzərə alsaq, görün, nə qədər ziyana düşəcəyik. Çarəmiz, daha dəqiq, çıxış yolumuz bir odun sobası almağa və kənddən də bir-iki maşın quru mal təzəyi gətizdirməyə qalıb. Odun da yoxdur daha. Neyləyək, başqa çarəmizmi var?!".

© © KarikaturaQızınmadıq istisinə...
Qızınmadıq istisinə... - Sputnik Azərbaycan
Qızınmadıq istisinə...

Elyar Həsənov: "2 ildir ki, binamızda mərkəzi istilik sistemi fəaliyyət göstərir. Digər qızdırıcılara baxanda ucuz və təhlükəsizdir. Sadəcə olaraq, həmin sistem çəkilib sona çatanadək çox problemlər yaranır. Ayrıca, onu noyabrın 15-dən yox, 1-dən işə salsalar, çox sevinərik. Onus da ödənişini edirik, niyə uzadırlar ki?!".

Həmida Rüstəmova: "Mənzili qızdırmaq üçün normal qaz və ya elekrtik olmalıdır. Bizdə isə bunların biri vardır, biri yox. Qaz zəifdir deyə elektrik qızdırıcılarını işə salırıq. O zaman da işıqlar sönür".

Rаhim Muradov: "Mənzilimizi qızdıra bilmirik. Lənkəran şəhərinin çox yerində qazın təzyiqi azalıb. Üstəlik gecə saatlarında da əhaliyə xəbərdarlıq edilmədən qazlar kəsilir. Lənkəranda binalarda ümumiləşdirilmiş istilik sistemləri SSRİ-nin süqutu ilə tarixə qovuşub".

Mərkəzi istilik sistemi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının bəzi rayonlarında istilik böhranı yaşanır

Elşən Ağalar: "Suraxanıda vəziyyət qəlizdir. Qaz təzyiqi aşağıdır. Soyuqdan donuruq".

Aynur Şahkərimova: "Elektriklə işləyən kombi ilə evi isitməyə çalışırıq. Binaya neçə il idi, qaz vermirdilər, indi də qazı veriblər, amma millət sayğacın pulunu vermir deyə, qaz borusu bizə baxır, biz də qaz borusuna. O ki qaldı, elektrik kombisinin evi qızdıra bilməsinə, şaxta olan günlərdə mənzilimi çox soyuq olur. Üstəlik, onun müqabilində ödədiyimiz işıq pulu özümüzü odsuz-ocaqsız yandırır".

İlkin Qayıbov: "Camaat qaz olmamasından zülm çəkir. Bu qədər neftin, qazın ola, evdə soyuqdan donasan".

Anar Ocaq: "Bizim binada istilik sistemi yaxşı işləyir. Razıyıq".

Xəbər lenti
0