09:42 25 Fevral 2018
Canlı yayım
Dənizkənarı parkda Şaxta baba və Qar qız, arxiv şəkli

Xəbərdarlıq gəldi: "Uşaqlarınızı şaxta babalardan uzaq tutun!"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
416121

Üstü tez açılan yalanlar uşaqların xəyallarını alt-üst edə, onlarda böyük psixoloji problemlər yarada bilər

BAKI, 24 noy — Sputnik. Heç kəsə sirr deyil ki, Şaxta Baba, Santa Klaus, yaxud da digər personajlar olmadan müxtəlif ölkələrdə Yeni il şənliklərinin keçirilməsi mümkün deyil. Böyük Britaniyanın Ekseter Universitetinin (The University of Exeter) tədqiqatçıları isə hesab edirlər ki, uşaqların möcüzəyə inanmaları onlarda gələcəkdə böyük psixoloji problemlər yarada bilər.

Alimlərin fikrincə, uşaqlarını Santa Klausun həqiqətən də mövcud olduğuna inandırmağa çalışan valideynlər, özləri ürəklərinin dərinliyində öz uşaqlıqlarına, uzun illər əvvəl qarşıladıqları Yeni ilə qayıtmaq istəyirlər. Alimlərin fərziyyəsinə görə, bu faktı böyüklərin fantaziya janrında yazılan kitabları oxuması və filmlərə baxması da təsdiq edir.

"Valideynlərin uşaqları Şaxta Babanın mövcudluğuna inandırmasına dəyərmi?" sualına alimlər belə cavab veriblər: "Uşaqlar valideynlərinin simasında həqiqət daşıyıcılarını görürlər. Onlar biləndə ki, möcüzələr heç vaxt mövcud deyil, onda ən yaxın adamlarına və əziz insanlara olan inamları sarsılır. Əgər uşağın Santa Klausa inamı mühafizə olunsa, onda o, böyüyəndə nağıl personajının həqiqətdə mövcud olmadığını öyrənəcək və bu ona zərər verməyəcək. Misal üçün, adətən uşaqlara deyirik ki, Santa Klaus uşaqların yaxşı və pis hərəkətlərini öz kitabında qeydə alır, sonra isə yaxşı uşaqlara hədiyyə, pis uşaqlara isə kömür verir. Amma uşaqlar böyüdükcə həqiqəti dərk edirlər və sevimli personajları ilə bağlı möcüzələrin həqiqət olmamasına sadəcə təəssüf hissi ilə yanaşırlar. Böyüyəndə artıq Şaxta Babanın ona hədiyyə gətirməməsi də, insanı heç narahat eləmir".

Mütəxəssislərin fikrincə, əgər valideynlər uşaqları nağıl qəhrəmanlarının elədiklərinə səmimi olaraq inandırıblarsa, onda bu "müqəddəs yalan"ı sona qədər danışmalıdırlar. "Üstü tez açılan yalanlar uşaqların xəyallarını alt-üst edə, onlarda böyük psixoloji problemlər yarada bilər" — deyə psixoloqlar bildirirlər.

Bununla yanaşı, tədqiqatçılar hesab edirlər ki, valideynlərdən də uşaqlara qarşı münasibətdə kristal dürüstlük tələb olunmur. Məsələn, uşağın sevimli ev heyvanı öləndə, ən yaxşısı uşağa onun "xüsusi yer"də olduğunu deməkdir. Belədə bir müddət sonra o, uşağın yadından çıxacaq.

Əlaqədar

Qanunsuz Şaxta Baba və Qar Qızı 80 manat cərimə gözləyir
Bu ölkələrdə Yeni il keçirmək qadağandır
Bakı Yeni il astanasında
Yeni il ərəfəsi aviabiletlərin qiyməti endirildi
Teqlər:
uşaq, Yeni İl, Qar qız, Santa Klaus, Şaxta Baba

Əsas mövzular