22:03 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
“Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər” mövzusunda konfransı

"Hər kəs məsuliyyətli olsun ki, nəticələr ürəyimizi ağrıtmasın"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
34 0 0

"Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər" mövzusunda konfransı keçirilib

BAKI, 24 noy — Sputnik. Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər" mövzusunda keçirilən mətbuat konfransı keçirilib. "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Bakı şəhərinin 10 rayonu ərazisində fəaliyyət göstərən 10 hədəf məktəbi seçilib və onların ətrafında monitorinqlər aparılıb.

"Bundan başqa, bu məktəblərin yol təhlükəsizliyi pasportunun sxematik versiyası yaradılıb. Bakı şəhərinin digər məktəblərində də sxematik versiyalar işlənib və "Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyyə" adlı broşür tərtib edilib. Məktəblərdə, həmçinin məlumatlandırma sessiyaları keçirilib", — ekspert bildirib.

Onun sözlərinə görə, layihədən 4767 nəfər faydalanıb: "Toplanan rəylərin təhlili isə bir daha göstərib ki, təhsil müəssisələri ətrafında yol təhlükəzisliyinin təmin edilməsi kifayət qədər aktual məsələdir".

Bakı Şəhər Baş Dövlət Yol Polisi (BŞBDYPİ) İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə isə, son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin sayı artıb: "Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalması bu sahədə həyata keçirilən təbliğat işlərinin sayəsində baş verib. Yol təhlükəsizliyi pasportunun yaradılması və metodik tövsiyə bir yenilikdir və bu alətin tətbiqi olduqca əhəmiyyətlidir".

V. Əsədov oxşar təşəbbüslərin dəstəklənməli və təsir dairələrinin genişləndirilməli olduğunu deyib: "Hər kəs öz məsuliyyətini artırmalıdır ki, nəticələr ürəyimizi ağrıtmasın".

Əlaqədar

Masazırda ağır qəza oldu, ölən var
Yol qəzası yanğınla nəticələndi
Ölümlə nəticələnən qəzanı törədən sürücü həbs edilib
Gəncədə ağır qəza, ölənlər var
Ağır qəzada 4 nəfər ölüb
Teqlər:
Vaqif Əsədov, yol təhlükəsizliyi, Azər Allahverənov, qəza, yol

Əsas mövzular