05:01 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi layihəsi çərçivəsində tədbirlər davam edir

İctimai iştirakçılıqla bağlı müzakirələr keçirilib

© Foto : "Rezonans" İB-nın mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
2001

Ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər

BAKI, 24 noy — Sputnik. "Rezonans" Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi, "Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin roluna dair maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində tədbirlər davam edir. Bu sırada, 24 noyabr tarixində Bakı şəhəri Yasamal rayonunda tədbir keçirilib.

Sputnik xəbər verir ki, tədbirdə ekspertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirdə, layihə çərçivəsində hazırlanmış video-çarx da nümayiş etdirilib. Həmçinin CD və bukletlər paylanıb, kitabxanaya hədiyyə edilib.

Layihə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn məsələlər üzrə təşəbbüslərə dəstək olmaq, "İctimai iştirakçılıq haqqında qanun"un tətbiqinə, ictimai iştirakçılığın genişlənməsinə şərait yaratmaq, ictimai şuraların yaradılması ilə bağlı real vəziyyəti öyrənmək, ictimai şuraların yaradılması prosesini sürətləndirmək məqsədi ilə həyata keçirilir.

Məqsədlərə ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması, bütün QHT-lərin, ictimаi təşkilаtlаrın müvаfiq dövlət qurumlаrının diqqətini bu prоblеmə cəlb еtmək, ümumi səyləri birləşdirərək birgə fəаliyyətə nаil оlmаq və fəаliyyətin еffеktivliyini аrtırmаq da daxildir.

Əlaqədar

Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu bəyanat verib
Vətəndaş cəmiyyətinin islahatlardakı rolu müzakirə olunacaq
Azərbaycanda vətəndaş cəmiyyətinin köhnə dərdi
Vətəndaş cəmiyyəti böhrandan çıxış yolları axtarır
Teqlər:
ictimai birlik, "Rezonans", tədbir, QHT, müzakirə

Əsas mövzular