06:08 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Rahat market

"Rahat" market müştərilərin aldadılması xəbərinə reaksiya verdi

© Foto : REPORT
CƏMİYYƏT
Qısa URL
119 0 0

Hacımurad Suleymanov: "Bu cür xoşagəlməz halların aradan qalxması üçün rəhbərlik bir sıra qətiyyətli addımlar atıb"

BAKI, 24 noy — Sputnik. ""Rahat" Marketlər Şəbəkəsininə daxil olan mağazalardan heç birində müştərinin aldadılması halının baş verməsi mümkün deyil".

Bunu Sputnik-ə ünvanlandığı məktubda, "Rahat" Marketlər Şəbəkəsinin marketinq departamentin mudiri Hacımurad Suleymanov deyib. "Diqqətinizə çatdırmaq istəyirəm ki, son zamanlar, həqiqətən də bir sıra marketlərdə eyni malın rəfdə və kassada fərqli qiymətə olma problemi haqlı olaraq ictimaiyyətin narahatlığına səbəb olur. "Rahat" Marketlər Şəbəkəsində isə bu, praktik olaraq sadəcə mümkün deyil", — Süleymanov bildirib. 

Eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir
© Foto : STR
Eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir

"Çünki bu il oktyabrın 6-dan bu cür xoşagəlməz halların aradan qalxması üçün "Rahat" market rəhbərliyi bir sıra qətiyyətli addımlar atıb. Mağazaya daxil olan hər bir alıcının diqqətinə bununla bağlı elan çatdırılır. Elanda da göstərildiyi kimi, eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir", — market sözçüsü əlavə edib.

Onun yazdığına görə, indiki halda həqiqətən də, iddia olunduğu kimi, rəfdə "Calgon"un qiyməti 9,4 manat göstərilibsə, vətəndaş da məhz bu məbləği ödəməlidir: "Yeri gəlmişkən, məhsulun keyfiyyətinə əminlik nümayiş etdirən "Rahat" Marketlər Şəbəkəsi bütün mağazalarda paralel olaraq belə bir elan da asıb: "Seçdiyiniz məhsulun istifadə müddətinin keçmiş olduğunu aşkarlasanız, o zaman eyni məhsulun yenisinin 10 mislinin sizə pulsuz verilməsini mağaza müdirindən tələb etməyinizi xahiş edirik"".

"Özündən bu qədər əmin şirkətin isə ikili qiymətlərlə işləməsi, bir daha deyirəm, praktik olaraq mümkün deyil", — Süleymanov qeyd edib.

Xatırladaq ki, noyabrın 21-də Sputnik-də yayımlanan "Marketlərdə əhaliyə qarşı bu fırıldağa da əl atdılar" başlıqlı reportajda, "Rahat" market tərəfindən aldadıldığını bildirən paytaxt sakininin fikirləri yer alıb. Vətəndaş vitrində, hər zaman aldığı "Calgon"un qiymətinin 9.4 manat göstərildiyini, lakin ondan 17.5 manat pul alındığını bildirmişdi.

"Təsəvvür edirsiniz, nə boyda fərq var. İnsanları bu şəkildə aldatmaq dəhşətli reallıqdır. Qiymət qalxsa belə, rəhbərlik gərək bunu rəflərə də yerləşdirsin. Təəssüf ki, bizdə bu cür səhlənkarlıqlar tez-tez baş verir. Bir az diqqətli olmaq lazımdır", — sakin qeyd etmişdi.

Rahat market Maştağa filialı
© Foto : STR
Rahat market Maştağa filialı

Əlaqədar

Marketlərdə dolaşan "ölüm kabusu"
Marketlərdə ajiotaj: siqaret böhranı dərinləşir
Vergilər Nazirliyi "Favorit" marketdə qanun pozuntuları aşkar edib
Paytaxtda xırda marketlər çökür
"Neptun" market: rəfdə bir, kassada isə başqa qiymət
Teqlər:
Hacımurad Suleymanov, rəf, vitrin, "Rahat" market, müştəri, market, məhsul

Əsas mövzular