13:21 25 Fevral 2018
Canlı yayım
Qaranlıqda qorxan uşaq, arxiv şəkli

Yeni bəla uşaq və yeniyetmələr arasında sürətlə yayılır

© Foto: socwall.com
CƏMİYYƏT
Qısa URL
703 0 0

Bu sindrom yeni əsrin bəlasına çevilməyə başlayıb. Mütəxəssislər problemdən çıxış yollarını izah edirlər.

BAKI, 24 noy — Sputnik. "Uşaqların, yeniyetmələrin tək və qaranlıqda qalmaqdan qorxması psixoloji haldır və normaldır. Amma son zamanlar bunun sürətli şəkildə artmasının sosial, iqtisadi, psixoloji amilləri də meydana çıxıb".

Psixoloq Tariyel Faziloğlu
© Sputnik / Murad Orujov
Psixoloq Tariyel Faziloğlu

Bunu Sputnik-ə açıqlamasında psixoloq Tariyel Faziloğlu deyib. O bildirib ki, uşağın istər televiziyalarda, istər ailə daxilində, istərsə də cəmiyyətdə müşahidə etdikləri, üzləşdiyi daimi gərginlik onun psixikasına ciddi şəkildə təsir göstərir: "Nəticədə uşaqlar hər bir şeyi qara rəngdə görməyə başlayırlar. Bu gün uşaqların, yeniyetmələrin simalarına, gözlərinə baxsanız, hamısında daxili gərginlik görərsiniz".

"Bu gərginlik onların özlərindən asılı deyil. Valideynlərin, yaşlı nəslin uşaqların və yeniyetmələrin yanında mənfi, daha gərgin tonda danışması, bu tip ifadələrin daha çox istifadə edilməsi, aqressiv ab-hava uşaqların psixikasına ciddi şəkildə təsir göstərir", — psixoloq bildirib.

T. Faziloğlunun sözlərinə görə, uşaqların, yeniyetmələrin və gənclərin psixikası hələ kifayət qədər immunitet qazanmadığı və müdafiə sistemi tam formalaşmadığı üçün, bu cür mənfi tendensiyalar onların şüuraltına mənfi mesajlar göndərir: "Ümumiyyətlə, qorxu şüuraltının daim istifadə etdiyi müdafiə mexanizmidir və daim aktiv olur. Bu da müəyyən yüklənmədən sonra artıq nəzarət edilməyəcək səviyyədə olduğu üçün, psixoloji xəstəliklərin, problemlərin, eyni zamanda fizioloji xəstəliklərin əsas yaradıcı səbəblərindən birinə çevrilə bilir".

Problemdən çıxış yoluna gəlincə, psixoloq deyib ki, valideynlər, əsasən 3-10 yaş uşaqların yanında mənfi tonlu və ağırlıqlı, gərgin olan söhbətlər etməkdən çəkinməlidirlər: "Uşaqları ailə münaqişələrindən, aqressiya yaradan informasiya görüntülərindən uzaq tutsunlar. Yeniyetmələrlə isə daha çox söhbət etsinlər, onların fikirlərini, arqumentlərini dinləsinlər. Onlarla müsbət istiqamətli söhbətlər aparsınlar, dəstəkləyici yönlü münasibət göstərsinlər. Beləcə, bu şəkildə bu tip problemləri, ən azı minimuma endirə bilərlər".

Teoloq Hacı Adil Hüseynoğlu
© Sputnik / Murad Orujov
Teoloq Hacı Adil Hüseynoğlu

Teoloq Hacı Adil Hüseynoğlu isə Sputnik-ə açıqlamasında problemə fərqli yöndən yanaşıb: "Ümumiyyətlə, insanların evdə tək qalmaları bəyənilməyən bir əməldir. Nəinki uşaqlar, hətta böyüklər də evdə gərək tək olmasınlar, həmişə yanlarında adam olsun".

"Uşaq psixologiyasında var ki, tək qalanda özünəqapanma halları daha tez baş verir. Ona görə də onların tək qalmaqdan və qaranlıqda qorxması halları tez-tez baş verir", — ilahiyyatçı deyib.

Teoloq bildirib ki, evdə "Qurani-Kərim"in, məxsusi duaların saxlanılması yaxşı haldır: "Şər qüvvələr onların olduğu yerə gələ bilmir. "Ayətəl-kürsi"nin yazılması, evdə saxlanılması, oxunması mənfi halları evlərdən uzaqlaşdıra bilir. Yəni, şəriətdə belə bir yanaşma var".

Əlaqədar

Şəhid anası: "Qorxumdan oğlumun cənazəsinə əlimi vura bilmədim..."
Azərbaycanda psixi xəstələrlə bağlı qorxulu statistika
Nəhəng hörümçək görənləri qorxuya salır
Bülənt Ərsoydan niyə qorxurlar?
BDU yaxınlığında qorxunc hadisə baş verib
"Qəmlo ilə qohumluğumuza görə daim qorxu altında yaşamışıq"
BMT-dən dərmanlarla bağlı qorxunc açıqlama
Teqlər:
tək qalmaq, xof, yeniyetmə, qorxu, Hacı Adil Hüseynoğlu, Tariyel Faziloğlu, teoloq, psixoloq, gənc, gecə, uşaq

Əsas mövzular