CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol qəzalarına qarşı profilaktik tədbirlər müzakirə olunacaq

© Photo : REPORTVaqif Əsədov, Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki
Vaqif Əsədov, Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki - Sputnik Azərbaycan
Abunə olmaq
"Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək

BAKI, 23 noy — Sputnik. 24 noyabr saat 12:00-da "Həyat" Humanitar Dəstək İctimai Birliyi, "Yollarda baş verən ölümcül qəzalar və onlara qarşı profilaktik tədbirlər" mövzusunda mətbuat konfransı təşkil edəcək. Tədbir "Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi" layihəsinin yekunlarına həsr olunur.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoru Mehriban Muğalova, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov (moderator) iştirak edəcək.

Tədbirdə Azərbaycan Respublikasının təhsil sahəsindəki icra strukturlarının nümayəndələrinin iştirakı da gözlənilir.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0