02:40 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
278 0 0

Ekspert: "Torpaqdan istifadə olunmayanda, eroziyaya uğrayır və məhsuldarlığı aşağı düşür"

BAKI, 15 noy — Sputnik. Azərbaycanın bir çox rayonlarında müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaqlar var ki, illərdir praktiki olaraq ondan istifadə edilmir. Bu barədə Sputnik-ə Regional İnkişaf Mərkəzinin rəhbəri, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov deyib.

Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov
© Sputnik / Murad Orujov
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov

Xatırladaq ki, prezident İlham Əliyev Füzuli və Beyləqan rayonlarına son səfəri zamanı bu problemə toxunmuşdu: "Mənim göstərişimlə qısa müddət ərzində 200 min hektardan çox torpaq sahəsi o torpaqları qanunsuz şəkildə zəbt edənlərin əlindən alınıb və insanlara verilib. Əgər kimsə boş torpağı zəbt edibsə, bilsin ki, əlindən alınacaq. Əgər əlindən alınmağını istəmirsə əkib-becərsin, həm özü pul qazansın, həm də ki, insanlara xeyir versin. Ancaq o torpaqları zəbt edənlər görünür, maraqlı deyillər ki, orada nəsə iş görsünlər".

"Görünür, onların pulu o qədərdir ki, o torpaqlardan pul qazanmaq fikrində deyillər. Ona görə bu proses davam edəcək. Biz ilkin mərhələdə yalnız zəbt olunmuş 200 min hektar torpağı insanlara qaytarmışıq. Kənd təsərrüfatında bu gün gedən bu proses artıq öz bəhrəsini verməkdədir", — dövlət başçısı vurğulayıb.

Kimin torpağı haradadır?
© Karikatura
Kimin torpağı haradadır?

Torpağın milli sərvət olduğunu deyən İsmayılovun sözlərinə görə, torpaq istifadə üçün verilir: "Əgər o, özəlləşdirilibsə, bu o demək deyil ki, sahibinin ondan istifadə etməmək hüququ var. Əgər onlardan istifadə edilsə, xeyir gətirər və sahibi də əldə etdiyi mənfəətdən vergi verər. Ona görə də, torpaq milli sərvətdir".

Regional İnkişaf Mərkəzinin sədri bildirib ki, torpağı, faydalı qazıntıları, su ehtiyatlarını sadəcə "mənim mülkiyyətimdir" deyə saxlamaq olmaz: "Sadalananlar vacib resurslardır və onlarla düzgün davranmaq lazımdır. Dünya təcrübəsində, misal üçün, əgər beş il müddətində torpaqdan istifadə edilməsə, icarəyə verilməsə, o, auksiona çıxarılır".

"Əlbəttə, burada söhbət kənd təsərrüfatı üçün yararlı olan torpaqlardan gedir. Buna görə də, əgər torpaqdan istifadə edilməsə, o, özünün məhsuldarlığını itirəcək. Torpaq istifadə edilməyəndə, su, külək eroziyasına məruz qalacaq, münbit qatı sadəcə buxarlanacaq", — deyə İsmayılov bildirib.

Onun sözlərinə görə, zəbt edilmiş torpaqlarla bağlı məsələni çoxdan qaldırmaq lazım idi: "Bu gün bu məsələnin həm də qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq gündəmə gətirilməsi vacibdir".

Əlaqədar

Bakının bu hissəsində yağışlar torpaq çökməsinə səbəb ola bilər
Azərbaycanda torpağı qanla suvarılan kənd
İşğal altındakı torpaqlarımızın geri qaytarılması reallaşır
İran Azərbaycandan torpaq istəyir
Mars torpağına əkilən pomidorlar…
Teqlər:
əkin, zəbt edilmiş torpaqlar, Çingiz İsmayılov, İlham Əliyev, məhsul, torpaq

Əsas mövzular