21:49 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
72 0 0

Vaxtilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır

BAKI, 7 noy — Sputnik. Lənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edib. Bu barədə report-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitədən bildirilib ki, vaxtilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır: "Köhnə dini icmanın ləğvi barədə mətbuatda elan verilib, lakin prosedur hələ başa çatmayıb. Belə ki, dini icma dövlət qeydiyyatından çıxarıldıqdan sonra ləğv edilmiş sayılır".

Dövlət Komitəsindən onu da bildiriblər ki, 2016-cı il ərzində 22 dini qurum ləğv olunub.

Əlaqədar

Prezident dini icmalara 1.8 milyon manat ayırdı
"Azərbaycanda Rusiya icması - əmin-amanlıq və rifah adacığıdır"
Azərbaycan və türk icmaları ABŞ-da birgə aksiya keçirib
Gürcüstanda fəaliyyəti qadağan edilən dini icmanın üzvləri Qaxda aşkarlandı
Azərbaycanda qeydiyyatdan keçmiş neçə dini icma var?
Azərbaycan prezidenti pravoslav icmasını təbrik edib
Teqlər:
qeydiyyat, Komitə, dini icma, məscid, Liman, Lənkəran

Əsas mövzular