CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava buludlu olacaq

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

BAKI, 5 noy — Sputnik. Noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında noyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan  2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq. 

Xəbər lenti
0