Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir vaxtlar bizim ölkəmizdə seks

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMoskvada pilonda rəqs üzrə müsabiqə, 1990-cı illər
Moskvada pilonda rəqs üzrə müsabiqə, 1990-cı illər - Sputnik Azərbaycan
Abunə olmaq
25 ildir tarixin arxivinə qovuşmuş SSRİ-də hamı onun haqqında düşünürdü, amma heç kim danışmırdı.

1986-cı ildə SSRİ və Amerika arasında ilk telekörpü təşkil olunur. Veriliş zamanı amerikalı xanım “Bizdə bütün reklamlar seks ətrafında cərəyan edir. Sizin belə reklamlarınız varmı?” sualı ilə Sovet vətəndaşlarına müraciət edir. O vaxtlar Leninqrad mehmanxanasının administratoru vəzifəsində çalışan Lyudmila İvanova adlı tamaşaçı bu suala olduqca maraqlı cavab verir: “Bizdə seks yoxdur və biz qəti şəkildə onun əleyhinəyik”. Tezliklə “SSRİ-də seks yoxdur” ifadəsi əsl aforizmə çevrilir.

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidRusiyanın Sankt-Peterburq şəhərindəki "MuzEros" erotika muzeyinin eksponatları
Rusiyanın Sankt-Peterburq şəhərindəki MuzEros erotika muzeyinin eksponatları - Sputnik Azərbaycan
Rusiyanın Sankt-Peterburq şəhərindəki "MuzEros" erotika muzeyinin eksponatları

Cinsi əlaqəyə münasibətin əslində necə olduğunu öyrənmək üçün biz 20-ci əsrə aid “Yaşanan” şəxsi gündəliklərinə, həmçinin 70-ci illərdə çalışan ginekoloq, seksoloq və tarixçiyə üz tutduq.

Sovet adamlarına seks haqda oxumaq maraqsızdır

Ali İqtisadiyyat Məktəbinin porfessoru, tarixçi Marianna Muravyovanın sözlərinə görə, İqor Konun müasir rus sosioloji məktəbini yaratmasından sonra, 70-ci illərdə cinsi maarifləndirmənin cəhdləri başlanır: “Aydın oldu ki, ciddi nəzarət etibarlı deyil. Sovet məktəblərində “Əxlaq və ailə həyatının psixologiyası”nı tədris etməyə başladılar”.

1972-ci ildə ilk cinsiyyətin dəyişdirməsi əməliyyatı həyata keçirildi. O zaman Psixiatriya İnstitutunun nəzdində cinsi patologiya mərkəzləri yaranmağa başladı. Tibbi nəşrləri tapmaq Bulqakovun “Master və Marqarita” əsərini tapmaq kimi çətin idi. Bütün böyük kitabxanalarda tibb şöbələri vardı və yalnız orada həkimlərə “gizli” ədəbiyyat kitablarını oxumağa icazə verilirdi.

Marianna Muravyovanın sözlərinə görə, seks haqqında qeyri-tibbi məlumatlar isə geniş yayılmışdı: “Hindistanın Kamasutrası məhşur idi. Riqada nəşr olunan “Gənc xanım üçün məsləhətlər” nəşrində isə müxtəlif diaqramlar, rəsmlər və yataq otağında baş verənlərin ətraflı təsviri verilirdi. Lakin onlar liberal deyildilər, əksinə Riqa nəşriyyatı sovet gender psixologiyasına müqavimət göstərirdi — ər ailə başçısı kimi göstərilirdi”.

Şərqşünas, filosof Vitali Rubin 1970-ci ildə öz gündəliyində yazır ki, bu mövzu sovet adamı üçün yaddır: “Bell öz resenziyasında çox yaxşı yazıb. O deyir ki, sovet adamlarına seks haqda oxumaq maraqsızdır və bu, düzdür. Bell qeyd edir ki, məhz belə vəziyyətdə Qərbdə unudulan sadiqlik yaranır”.

© Sputnik / Valery Gende-Rote / Mediabanka keçidOdessa çimərliyində qızlar. 1971-ci il
Odessa çimərliyində qızlar. 1971-ci il - Sputnik Azərbaycan
Odessa çimərliyində qızlar. 1971-ci il

Sov.İKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini, Qorbaçovun xarici əlaqələr üzrə köməkçisi Anatoli Çernyayev isə, əksinə, qadağan olunmuş ədəbiyyatdan çox emosional təəssüratlarını bölüşür: “Almaniyadan gətirilən “The love sucker” kitabını oxuyuram. Nadir texnikası olan bomba kitabdır. Deyəsən, mən artıq bu sahədə savadlı insanam… Həqiətən, seksual inqilab, digər inqilablar kimi, qeyri-adi yaradıcı imkanlar aşkar edir”.

Gündəlik həyatın cinsi patologiyası

Kiçik şəhərlərdə intimə münasibət daha ehtiyatlı idi. Ginekoloq Tamara Smirnova 70-ci illərdəki qadınları belə təsvir edir: “Təvazökar və qapalıdırlar. Onlar cinsi narazılıq haqda danışmaq istəmirdilər, şikayət etməkdən çəkinirdilər. Toya qədər cinsi əlaqə normal deyildi. Toydan sonra onlar neçəsə uyğunlaşırdılar, lakin heç kim necə uyğunlaşdığını danışmırdı”. 

© Sputnik / Aleksey Danichev / Mediabanka keçid"MuzEros" muzeyinin daha bir eksponatı
MuzEros muzeyinin daha bir eksponatı - Sputnik Azərbaycan
"MuzEros" muzeyinin daha bir eksponatı

Bu fikirlə Marianna Muravyova da razıdır: “Mən aspiranturada oxuyarkən digər şəhərlərdən olan tanışlarıma intim ətrafı suallar verirdim. Onların cavablarında liberal və pozitiv heç nə yox idi. Qadın küçəyə əlverişsiz görkəmdə çıxanda belə onu pozğun hesab edə bilərdilər”.

Seksoloq Aleksandr Teslerin sözlərinə görə isə, problem kommunist əxlaq prinsiplərində deyil, sevgi ilə məşğul olmaq üçün yerin olmamasında idi: “Otel tutmaq mümkün deyildi, oğlanları oğlanlarla, qızları isə qızlarla yerləşdirirdilər. Bu heteroseksuallar üçün deyildi”. 

Qadınların həkimlərdən qorxusunu isə prixoterapevt əməliyyatlarla bağlayır. Belə ki, uzun müddət abortu anesteziyasız edirdilər: “Həkimlər dirsəklərinədək qanda olurdu. Qadınlar isə hamiləliyi dayandırmaq üçün “ev üsulları”na əl atırdılar — əzələ sancıları yaradan dərman qəbul edirdilər, özlərinə paltar sabunu qələvisi ilə araq şıçradırdılar, absesə səbəb ola bilən fikus cücərtilərindən istifadə edirdilər”.

© Photo : Mosfilm1979-cu ildə çəkilmiş "Экипаж" ("Heyət") filmindən kadr
1979-cu ildə çəkilmiş Экипаж (Heyət) filmindən kadr - Sputnik Azərbaycan
1979-cu ildə çəkilmiş "Экипаж" ("Heyət") filmindən kadr

Aleksandr Teslerin sözlərinə görə, tibbi məxvilik pozulmuşdu: “Süzənək, sifilis və digər “pis xəstəliklər”i olan şəxslərin siyahısı partiya komitələrinə və dekanlıqlara verilirdi, onlarla “maarifləndirici danışıqlar” aparılırdı. Tibb ideoloji olmuşdu. Bizə deyirdilər ki, masturbasiya ziyandır, eyni cinslilər arasındakı sevgi isə elektrik cərəyanı ilə müalicə olunmalı patologiyadır”.

“Təəssüf ki, bu gün seks haqqında hər şeyi bilirik”

“Sovet Qadınlar Komitəsi”nin nümayəndəsi Lyudmila İvanova SSRİ-də seks yoxdur deyərkən bütün zal gülür. Lakin reallıq budur ki, 80-ci illərdə sovet adamlarının əksəriyyəti cinsi həyatın təbliğatına pis yanaşırdılar. Bu sahədəki problemlər Qərb dünyasının problemlərindən elə də fərqlənmirdi. Aleksandr Tesler danışır ki, 1983-cü ildə ilk qaynar xətt yaradılarkən onlara 7-8-ci sinifdə oxuyan hamilə qadınlar zəng edib ağlayaraq öz dərdlərini danışırdılar. Lakin bu mövzuya münasibət əvvəlki kimi tənqidli qalırdı.

Marianna Muravyovanın fikrincə, totalitar, avtoritar, demokratik cəmiyyətdən asılı olmayaraq, dövlət həmişə bu sahəni nəzarətdə saxlamağa çalışacaq. “Bu, dövlətin əhalinin artımında marağı və insanların şəxsi həyat hüquqları arasındakı münasibətlərin kompleks məsələsidir”, — o bildirib.

Xəbər lenti
0