CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövnəq Abdullayev "qaz böhranı"na aydınlıq gətirdi

© apa.azRövnəq Abdullayev
Rövnəq Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR prezidenti: "Son günlər bəzi rayonlarda qazın verilişinin səviyyəsinin zəif olması havanın soyumasına görə qaz istehlakının artması ilə əlaqədardır"

BAKI, 18 okt — Sputnik. "Qış mövsümündə Azərbaycanda əhalinin qazla təminatında problemlər olmayacaq". Trend xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, qazın verilişində qış rejiminə keçid noyabrın 1-dən həyata keçirilir: "Keçidə hazırlıq prosesi isə həmin tarixdən 15 gün əvvəl start götürür. Bir neçə gündən sonra buna tam hazır olacağıq. Son günlər bəzi rayonlarda qazın verilişinin səviyyəsinin zəif olmasına gəlincə, bu, havanın soyumasına görə qaz istehlakının artması ilə əlaqədardır".

Xəbər lenti
0