CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlər gözlərinə inanmırlar

© Sputnik / İlham MustafaAbid İsmayılov
Abid İsmayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Getdiyi hər yerdə insanların diqqətini çəkən azərbaycanlı: "Məndən canını qurtarmaq üçün başını götürüb qaçdı"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 okt — Sputnik. Şəkərli diabet və qan təzyiqindən əziyyət çəkən Mingəçevir sakini, bu xəstəliklərdən xilas olmaq üçün özünəməxsus bir müalicə üsulu seçib. O, heç bir dərman vasitəsindən istifadə etmədən, yalnız idman və pəhrizlə sağlamlığını qorumağa nail olub.

Xuraman Məmmədova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ona rayonda "təqaüdçülərin anası" deyirlər

Velosiped idmanı və piyada yerişlə gündən-günə özünəinamı artıran Abid İsmayılov 64 yaşında ölkədaxili ilk velosiped turuna çıxıb. Hazırda isə 67 yaşlı səyahətçinin velosipedlə gəzdiyi ölkələr siyahısında İran, Gürcüstan, Türkiyə və Rusiya əraziləri yer alır. O, növbəti — beşinci veloturunu, viza almaq mümkün olsa, Avropa ölkələrinə təşkil etmək arzusundadır.

A. İsmayılov 1949-cu ildə Ağdaş rayonunun Pirkəkə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra N.Tusi adına Pedoqoji İnstitutun riyaziyyat fakultəsinə daxil olan müsahibimiz, təhsilini bitirdikdən sonra təyinatını Mingəçevir şəhərinə alıb. Bundan sonraki taleyinidə elə bu şəhərlə bağlayıb.

Uzun illər Mingəçevirin müxtəlif məktəblərində riyaziyyat fənnini tədris edib. 2003-cü ildə səhhətində olan problemlərlə əlaqədar təqaüdə çıxıb. O vaxtdan müntəzəm olaraq yeriş və velosiped idmanı ilə məşğul olmağa başlayıb. Az müddətdə isə səhhətinə təhlükə törədən xəstəliklərdən xilas olmağı bacarıb.

"İdman mənə tək sağlamlıq deyil, eyni zamanda çoxlu dostlar qazandırdı", — deyir həmsöhbətimiz.

© Sputnik / İlham MustafaAbid İsmayılov: "Çox adam 50-55 yaş verir mənə. 67 yaşım olduğunu eşitdikdə, inanmaq istəmirlər"
Abid İsmayılov: Çox adam 50-55 yaş verir mənə. 67 yaşım olduğunu eşitdikdə, inanmaq istəmirlər - Sputnik Azərbaycan
Abid İsmayılov: "Çox adam 50-55 yaş verir mənə. 67 yaşım olduğunu eşitdikdə, inanmaq istəmirlər"

O, Sputnik vasitəsilə dostlarına — Gürcüstanın Batum şəhərində yaşayan Rüstəmə, Dağıstanın İzberbaş şəhərində yaşayan Murada, Çeçenistanda Aliviyə, Armavirdə Sultana və Nalçikdə yaşayan Əhmədə salam söyləyərək, ona göstərilən köməyə öz təşəkkürünü də bildirdi.

A. İsmayılov uzunmüddətli səyahətlərinə tam hazır formada başlayır. Gecələr qalmaq üçün çadır, su qızdırmaq üçün primus, turist yeməkləri və başlıca olaraq içməli su götürür. O, velosipedçi üçün suyun avtomobilə yanacaq qədər vacib olduğunu bildirir.

Velotur zamanı ən böyük çətinliyinin isə yağış və itlər olduğunu deyir təcrübəli səyahətçi: "Avtomobil və motosiklçilərə reaksiya verməyən itlər, velosipedçilərə daim hücum edir. O səbəbdən uzaqdan itləri görəndə çox vaxt düşüb piyada gedirəm yanlarından. İtlərin velosipedçiyə hürmədiyi yeganə yeri isə Türkiyənin İğdır şəhərində gördüm. Burda demək olar, hamı velosipedlə hərəkət etdiyindən, itlər də sanki öyrəşib".

© Sputnik / İlham MustafaAbid müəllim deyir ki, idman ona tək sağlamlıq deyil, həm də çoxlu dostlar qazandırdı
Abid müəllim deyir ki, idman ona  tək sağlamlıq deyil, həm də çoxlu dostlar qazandırdı - Sputnik Azərbaycan
Abid müəllim deyir ki, idman ona tək sağlamlıq deyil, həm də çoxlu dostlar qazandırdı

Səfərlər zamanı başına çox maraqlı hadisələrin gəldiyini deyən Abid müəllim, çətin durumlara düşdüyünü də dilə gətirir. Soçi yaxınlığındakı Djubka şəhərində velosipedinin oğurlanması da bu cür hadisələrdəndir. Çətin vəziyyətə düşən yolçu avtobusla Soçi şəhərinə, oradan da gəmi ilə Batuma gəlir. Burda özünə yeni "dəmir at" alaraq yoluna davam edir.

Düşdüyü çətin vəziyyətdən danışarkən, zarafatından da qalmır: "O velosipedim köhnə idi. Ona çox əziyyətlər vermişdim, çox yoxuşlar çıxmışdım. Bəlkə də canını qurtarmaq üçün başını götürüb qaçdı".

Usta Elşən Hacıyevin Tır-tırı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır

Müsahibimiz bu gün də məşqlərini davam etdirir. Səhər saat 6-da yuxudan oyanaraq dostları ilə "Mingəçevir dənizi" kənarına gedir, yoxuşlu dağ yollarında saat 9-dək velosiped sürür. Axşam saat 4-də isə Mingəçevir şəhər stadionuna gələrək iki saat ərzində 11-12 km piyada yeriyir. Səhhətinə isə nəzarət etmək üçün idmandan əlavə ciddi pəhriz saxlayır. Xəmir xörəklərindən, şirniyyatdan uzaq durur, qara çörəkdən istifadə edir.

Səyahətçi, səfərləri zamanı hara gedirsə, insanların onun başına yığışmasından danışır. Bütün sorğu-sualdan sonra soruşulan son şey yaşı barədə olur. Bu suala birbaşa cavab verməyən səyahətçi, insanlaın ona neçə yaş vermələrini soruşur.

"Çox adam 50-55 yaş verir mənə. 67 yaşım olduğunu eşitdikdə, inanmaq istəmirlər", — deyir…

Xəbər lenti
0