CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdeal şəhər tapıldı

© Sputnik / Murad Orujovİçərişəhər
İçərişəhər - Sputnik Azərbaycan
Abunə olmaq
Sizə də maraqlıdır ki, söhbət hansı şəhərdən gedir. Və tapmacanın açması gəlir...

BAKI, 17 okt — Sputnik. "Bura inanılmaz şəhərdir. Mən burada altı il yaşamışam və bu, mənim həyatımın ən parlaq vaxtları olub. Mən buraya 22 yaşında gəlmişəm. Bu mükəmməl şəhər idi: heç kəs qapısını bağlamırdı və bütün həyətlərə girmək olurdu. Orada kabab bişirirdilər və səni yeməyə dəvət edirdilər. Bu, inanılmaz idi. Hər dəfə gələndə mən bu şəhəri heyranlıqla seyr edirəm. O, hər gün dəyişib daha da gözəlləşir. Düşünürəm ki, bu şəhərdən bir daha olmayacaq".

Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir - Sputnik Azərbaycan
YAZARLAR
Bakının dərdi var, Bakı xəstədir...

Bilirəm, sizə də maraqlıdır. Ki, söhbət hansı şəhərdən gedir. Və tapmacanın açması gəlir: Pitsburq şəhərindən.

Zarafat edirəm. Möhkəm olun: Bakıdan gedir söhbət, Bakıdan. Bu günlərdə şəhərimizə qonaq gələn, rusiyalı rejissor, prodüser Mixail Deqtyarın, haqqında heyranlıqla, ehtirasla, acgözlüklə danışdığı Bakıdan!

O Bakıdan ki, biz onu bütün günü qarış-qarış gəzirik, amma Mixail bəyin dediklərinə rastlamırıq. Əgər Deqtyarın ağlını başından alan kabab məsələsidirsə, adam gərək Allahla danışa, babat kababımız var. Onun dadını, bahalı restoranların bacasından qalxan tüstüyə baxıb ağzını mırçıldadan kasıb-küsub bilməsə də, Mixaili oralara qonaq edən əfəndilər gözəl bilirlər.

Yox əgər qonağımızı heyran edən dəniz söhbətidirsə, onu bizim uşaqlar da sevirlər — coğrafiya fənninin dərsliklərindən, milli xəritəmizdən, müəllimlərin köks ötürə-ötürə danışdığı xatirələrdən…

Bir də qəşəng-qəşəng binalarımız var. Mixailin burada yaşadığı dövrdəkindən də hündür, yaraşıqlı, bahalı. Ola bilsin, Deqtyara onlardan birində lüks mənzil də hədiyyə veriblər. Halal xoşu olsun! Amma, böyük ehtimalla, həmin mənzilin bir kvadrat metrinin, orta statistik azərbaycanlının aylıq gəlirindən neçə dəfə baha olduğunu deməyiblər — təvazökarlıqdan.

Deyir, heç kəs qapısını bağlamırmış, bütün həyətlərə girmək olurmuş… Bu tərəfdən də Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlili açıqlanıb. Orada göstərilir ki, hesabat dövründə mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37.5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41.4%; 2427-1717), soyğunçuluq 24 (+16.7%;168-144), quldurluqla bağlı cinayətlər 12 (+ 14.0%; 98-86) fakt artıb: "Bu məlumatlar hələ yarım il üzrədir. Ümumiyyətlə, statistik məlumatların təhlili deməyə əsas verir ki, bu növ cinayətlər ilbəil çoxalıb. Təkcə 2010-cu ildən bu yana verilən rəsmi rəqəmlərə nəzər salmaq yetərlidir ki, ölkədəki ümumi mənzərə aydın olsun. Belə ki, həmin il oğurluq cinayətləri 228 (+6,3%; 3868-3640), o cümlədən mənzillərdən oğurluq 6 (+0,5%; 1148-1142), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 13 (+7,7%; 181-168) fakt artıb".

Yaşlı insanlar. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu ölkədə 65 yaşı keçənləri cəza gözləyir

Nə düşünürsən, cənab Deqtyar, hələ də qapı-pəncərəmiz açıq qalıb? Yoxsa sənin hayıl-mayıl olduğun şəhərin həndəvərinə hərlənə bilməyən (?), amma Kot di vuarı ağuşuna alan iqtisadi böhranın əlamətidir?

Və sonda, əziz bakılılar və şəhərimizin qonaqları! Fərqindəsinizmi ki, köhnə Bakının xiffətini qeyri-azərbaycanlılar bizdən daha çox çəkirlər. Onlara nə var ki… Bakının ən gözəl zamanının və məkanının hakimi olublar. Bizimkilər, ən yaxşı halda Suraxanının boz çöllərində gecəqondularda daldalanarkən, onlar paytaxtın ən bahalı rayonlarındakı arxitekturalı binalarda eyş-işrət içərisində ömür sürüblər. Ortalıq qarışan kimi də, burda nələri var-nələri yox, hamısını pula çevirib, aradan çıxıblar.

Xəbər lenti
0