CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələrinə yeni güzəştlər ediləcək

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda dəyişikliklər olunub

BAKI, 14 okt — Sputnik. Milli Məclisin plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda dəyişikliklərə baxılıb. Sputnik xəbər verir ki, 1-ci maddənin ikinci hissəsinin ikinci abzasında "texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri" sözləri "ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini" sözləri ilə əvəz edilib.

Əsli Muradova və Mübariz Muradov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət qurumları şəhid anasını niyə süründürməçiliyə salıb?

2. 3-cü maddənin ikinci hissəsində "orta peşə-ixtisas təhsili müəssisələrində" sözləri "orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda" sözləri ilə əvəz edilib.

Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

Hazırda qüvvədə olan həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən isə, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri bitirənədək şəhid ailəsinin üzvləri hesab edilir.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, "texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar bu məktəbləri" sözləri "ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini" sözləri ilə əvəz edilir.

Həmin qanunun 3-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılır. Belə ki, təklif edilən dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunurlar.

Nəzərdə tutulan güzəştlər 23 yaşı tamam olmamış şəxslərə şamil edilir. Layihə səsə qoyulara qəbul olunub.

Xəbər lenti
0