CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident təqaüdləri artırdı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Qəhrəmanlara verilən aylıq müavinətin məbləği 1000 manatdan 1300 manata qaldırılıb

BAKI, 11 okt — Sputnik. Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Fərman imzalayıb. Sputnik president.az-a istinadən xəbər verir ki, Fərmanda deyilir:

İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident əhalinin əmanətləri ilə bağlı fərman verdi

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 594; 2008, № 5, maddə 373; 2013, № 8, maddə 897) 1-ci hissəsində "1000 (min)" sözləri "1300 (min üç yüz)" sözləri ilə əvəz edilsin.

3. "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 954 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 897) 1-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir".

Xəbər lenti
0