CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Referendum beynəlxalq standartalara uyğun keçirilib"

© Photo : APAMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan
Abunə olmaq
Məzahir Pənahov: "Seçki komissiyaları operativ şəkildə işlərini yerinə yetirdilər. Azərbaycan xalqı referendumla bağlı fəallığını nümayiş etdirirdi"

BAKI, 11 okt — Sputnik. "Azərbaycanda keçirilən referendum prosesində hər hansı neqativ hal baş verməyib, hansısa xoşagəlməz olay qeydə alınmayıb".

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora - Sputnik Azərbaycan
SİYASƏT
Avropalı müşahidəçilər referendumla bağlı rəylərini açıqladılar

Sputnik xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib. "Azərbaycan mətbuatı referendum prosesini obyektiv işıqlandırıb", — deyə sədr bildirib.

M. Pənahov əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi prezidentin sərəncamı əsasında keçirilib: "29 maddə üzrə dəyişiklik səsverməyə çıxarılıb. Seçicilərin səsvermə günü seçki məntəqələrinə gələrək səsverməsi üçün bütün şərait yaradılmışdı. Seçki komissiyaları operativ şəkildə işlərini yerinə yetirdilər. Azərbaycan xalqı referendumla bağlı fəallığını nümayiş etdirirdi".

Onun sözlərinə görə, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi istiqamətində işlər həyata keçirib: "Səsvermə beynəlxalq standartalara uyğun keçirilib".

Xəbər lenti
0