CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ona rayonda "təqaüdçülərin anası" deyirlər

© Sputnik / İlham MustafaXuraman Məmmədova
Xuraman Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Qadınlar arasında nadir hallarda rast gəlinən bu sənət növü ilə o, artıq 44 ildir məşğul olur

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 11 okt — Sputnik. Bəzi sənət növləri var ki, onlarla, ağırlığına, çətinliyinə görə yalnız kişilər məşğul olurlar. Sıradan çıxmış elektrik motorlarının sarınması və elektrik avadanlıqlarının təmiri kimi…

Yevlax şəhərində yaşayan Xuraman Məmmədova ölkəmizdə bu işlə məşğul olan, bəlkə də yeganə qadındır. Onun bu sənətə gəlişi isə çox maraqlıdır.

Xuraman xanım orta məktəbi bitirdikdən sonra Bakı Maliyyə-Kredit Texnikumuna daxil olur. Sovetlər dövründə qiyabi təhsil almaq üçün hər hansı bir iş yerindən arayış tələb olunduğundan, Bakı Maşınqayırma Zavodunda işləməyə başlayır.

© Sputnik / İlham MustafaXuraman Məmmədova Azərbaycanda bu işlə məşğul olan, bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova Azərbaycanda bu işlə məşğul olan, bəlkə də yeganə qadındır - Sputnik Azərbaycan
1/3
Xuraman Məmmədova Azərbaycanda bu işlə məşğul olan, bəlkə də yeganə qadındır.
© Sputnik / İlham MustafaXuraman xanımın Yevlax şəhərindəki şəxsi emalatxanası
Xuraman xanımın Yevlax şəhərindəki şəxsi emalatxanası - Sputnik Azərbaycan
2/3
Xuraman xanımın Yevlax şəhərindəki şəxsi emalatxanası
© Sputnik / İlham MustafaXuraman xanımın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur.
Xuraman xanımın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur - Sputnik Azərbaycan
3/3
Xuraman xanımın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur.
1/3
Xuraman Məmmədova Azərbaycanda bu işlə məşğul olan, bəlkə də yeganə qadındır.
2/3
Xuraman xanımın Yevlax şəhərindəki şəxsi emalatxanası
3/3
Xuraman xanımın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur.

Orada az müddətdə fəal işçi kimi seçilir və rəhbərlik tərəfindən zavodun peşə məktəbində oxumaq təklif olunur. Bir illik təhsildən sonra Xuraman xanım artıq əvvəl təhsil aldığı mailiyyə-kredit sahəsi üzrə deyil, daha çox sevdiyi hazırkı işi ilə məşğul olmağa başlayır.

Əvvəl Şəki İpək Kombinatında, sonradan isə Yevlax Yun Fabrikində işə başlayır. Hər iki iş yerində bu sahə üzrə işləyən yeganə qadın olub. 1993-cü ildə bu fabrik bağlanandan sonra isə fərdi olaraq işləməyə başlayır.

Hazırda Xuraman xanım Yevlax şəhərində yerləşən şəxsi emalatxanasında öz sevdiyi sənəti davam etdirir. İşin ağırlığını heç vaxt hiss etmədiyini və qiymətdə həmişə müştərilərlə razılaşdığını deyir.

"Qiymət məsələsində caamatla razılaşıram. İndi elə zamandır ki, hər kəsin sıxıntısı var. Ona görə qiymətə görə narazılıq etmirəm. Elə bu səbəbdən də rayon daxilində mənə "təqaüdçülərin anası" adını qoyublar. Kasıblar, təqaüdçülər gələndə həmişə güzəşt edirəm", — həmsöhbətimiz deyir.

Xuraman xanımın ailəsində bu sənətlə, demək olar, hər kəs məşğul olur. Dünyasını dəyişmiş həyat yoldaşı sürücü olmasına baxmayaraq, bu peşədə də xanımı ilə birgə çalışıb. Hazırda isə oğlanlarından biri onun işini davam etdirir.

Xəbər lenti
0