CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatını uduzan qadın...

© Sputnik / Irade JELIL"Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağı
Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağı - Sputnik Azərbaycan
Abunə olmaq
Sevgisi naminə hər şeyindən keçir, qarşıda onu gözləyən, xoşbəxt ola biləcəyi həyatdan belə

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 3 okt — Sputnik. Yerli Bakı ləhcəsi ilə danışan qadın məni qarşıladı. Mətbəxdə yemək hazırlayırdı. Əvvəlcə elə düşündüm ki, buranın işçilərindəndir. Sonra oturdu. "Həyatımı danışmaq istəyirəm" dedi. Və göz yaşları içində söhbətə başladı.

Kəmalə Həsənova - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Mənə elə bir iftira atdılar ki..."

Danışdıqca ağlayır, peşmançılıqlarını dilə gətirirdi. Sanki, az öncə məni gülə-gülə qarşılayan o, deyildi. Bu həyatı uduzduğunu deyirdi…

Mehriban Zeynalovanın sədrlik etdiyi "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var. Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar.

Bu sığınacaq haqqında çox eşitmişdim. Nəhayət, yolumu oradan salıb, bir də göz yaşananların şahidi olmaq, insanlarla dərdləşmək qərarına gəldim.

"Yoldaşım məndən 13 yaş böyükdür. Sevib ailə qurmuşdum. Qonşumuz idi. O zaman mən başqası ilə nişanlı idim. Onun sevgisi və ona olan sevgim üçün hər şeydən keçdim, məni gözləyən, bəlkə də gözəl həyatdan da. Sevdim. Sən demə, bu sevgi mənim ömürlük cəzam olacaqmış. 21 yaşım var idi o zaman".

Səma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var. Həyat yoldaşı ondan əvvəl də evli olubmuş. Ancaq Səma bu haqda ailə qurandan sonra xəbər tutur: "O, Rusiyada evli olub, bir qızı da var idi. Bunu mən evlənəndən sonra bildim. Amma onu çox sevirdim deyə, hər şeyi qəbul etdim".

Həyat yoldaşının çox mehriban, ailəcanlı adam olduğunu da deyir. Evə də yaxşı baxrmış. Amma iki il öncə içkiyə başlayır. Və onların həyatında hər şey dəyişir.

© Sputnik / Irade JELIL"Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var.
Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var - Sputnik Azərbaycan
1/7
"Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var.
© Sputnik / Irade JELILAtası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar
Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar - Sputnik Azərbaycan
2/7
Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar
© Sputnik / Irade JELILSəma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var.
Səma Məmmədova (ad şərtidir — İ.C.) Təmiz Dünyaya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var. - Sputnik Azərbaycan
3/7
Səma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var.
© Sputnik / Irade JELILSəmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar.
Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar - Sputnik Azərbaycan
4/7
Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar.
© Sputnik / Irade JELILSəmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb.
Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb - Sputnik Azərbaycan
5/7
Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb.
© Sputnik / Irade JELILSəma artıq 7-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır
Səma artıq 7-ci aydır ki, uşaqları ilə birgə Təmiz Dünya İctimai Birliyinin qadın sığınacağında yaşayır - Sputnik Azərbaycan
6/7
Səma artıq 7-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır
© Sputnik / Irade JELILPolis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…
Polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz… - Sputnik Azərbaycan
7/7
Polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…
1/7
"Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında zorakılığa məruz qalmış, döyülmüş, söyülmüş, tərk edilmiş, ölümə buraxılmış onlarla qadın var.
2/7
Atası, qardaşı, yoldaşı olduğu halda, kimsəsiz olan qadınlar
3/7
Səma Məmmədova (ad şərtidir — İ.C.) "Təmiz Dünya"ya pənah gətirən qadınlardandır. Üç qızı, bir oğlu var.
4/7
Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar.
5/7
Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb.
6/7
Səma artıq 7-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır
7/7
Polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…

Elçin (ad şərtidir — İ.C.) Səma ilə sevib ailə qursa da, Rusiyadakı ailəsi ilə də əlaqəsini davam etdirirmiş: "İçki içən kimi dəyişir, başlayırdı qızlarımızı döyməyə. Əlindən ala bilmirəm. Oğluma heç nə etmir, amma qızları kəmərlə döyürdü. Tutub evin o biri başına atırdı. Gördüm ki, qızlarım onun əlində öləcəklər. Bu il mayın 10-da uşaqlarımı götürüb evdən qaçdım. Ayın 26-sına kimi qohumlarımın evində qaldıq. Sonra Mehriban xanıma sığındıq".

"Çox qəribə xaisyyəti var Elçinin. Hər şey qaydasında olur, evə yaxşı bazarlıq edir, qızlar nə istəyirlərsə alır. Amma elə ki, içdi, çevrilir, olur düşmənimiz. Səhər isə etdiklərinin heç birini xatırlamır. And içir ki, artıq içməyəcək, amma yenə içir, yenə eyni vəziyyət yaranır. Bu problemdən dolayı 4 dəfə polisə müraciət etmişəm", — müsahibimiz nəql edir.

Səmanın qızları məktəbə də getməyiblər — ataları qoymayıb ki, uşaqları təhsil alsınlar. Böyük qızı 2002, ortancıl 2004, balaca isə 2007-ci ildə dünyaya göz açıb. Qızlar dünyaya gələndə Elçin çox sevinirmiş.

Səmanın dediyinə görə, əri qızları döyən zaman araya girdiyi üçün, dəfələrlə möhkəm döyülüb: "Qollarım şiş idi. Bilmirdim, nə edim. Anam deyirdi ki, "mənim evimdən uşaq aparmamısan ki! Uşaqları at atalarının üstünə, qayıt gəl"".

Elçin sərxoş vəziyyətdə qızlarını döysə də, oğluna toxunmur: "Yoldaşım oğluma sərxoş olanda da toxunmur. Ona atasının adını qoyub, çox istəyir. Mən başa düşə bilmirəm, səhər açılanda bu insan bizə yalvarır. Qızları qucaqlayıb öpür, üzr istəyir. Bədənlərinə baxıb, ağalyır. Axşam içən kimi yenə dəyişir, bıçaq çəkir üstümüzə. Mən bilmirdim, sərxoş necə olur. Birinci dəfə sərxoş olanda başladı məni döyməyə, ütü ilə yandırdı məni. Anam, qohumlarımız hamısı mənə deyirdi ki, "döz". İki il dözdüm, təkcə məni vursaydı, yenə dözərdim. Amma qızlarımın bədəninə baxanda ölmək istəyirdim, dözə bilmirdim".

Qadının sözlərinə görə, Elçin Rusiyadakı qızını görməyə də gedirmiş. Hətta bağını sataraq Rusiyadakı qızına toy da edib: "İçir, məni döyür, "sən çıx get, məni Rusiyada qəbul edən var, uşaqlara da özüm baxacağam" deyir. Bir neçə il öncə bağımızı satdı ki, qızına toy etsin. Qızıl komplektini də mən seçmişdim onun qızı üçün. Mən onu sevdiyim üçün hər şeyə dözürdüm, hər şeydən keçirdim".

4 uşaqlı və avtobusda yaşayan ailə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobus-evin sakinləri: "Bir otaqda 12 nəfər yaşayırdıq"

"Həmin gün evdən çıxanda məktub qoydum. Yazdım ki, "polisə şikayət edəcəyəm". Getdim, şikayət etdim. Xırdalan körpüsünün üstündə qarşıma çıxdı. Qolumdan tutub dartdı, az qalmışdı, məni körpüdən atsın. Həmin gün içkili deyildi. Düşmən kimi davranırdı mənə qarşı. Qızlarımın ikisi qaçmışdı polis idarəsinə, balacam yanımda idi. Polislər gələnə kimi Elçin qaçdı", — gözüyaşlı qadın söyləyir.

Səma artıq 5-ci aydır ki, uşaqları ilə birgə "Təmiz Dünya" İctimai Birliyinin qadın sığınacağında yaşayır. Az-çox yeməyə çörəyi olsa da, qızlarının gələcək həyatından narahatdır. Etiraf edir ki, Elçin içkini tərgitsə, onun yanına qayıtmağa, hər şeyi ona bağışlamağa hazırdır. Təki uşaqları atasız böyüməsin…

Söhbətini bitirib yemək hazırlamağa başladı. "Bu gün sığınacağın menyusunda düşbərə olacaq" dedi.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova, Səmanın durumunu nəzərə alıb, onun fotolarını çəkməyimizi münasib görmədi. Yəni, polis Səmanın harada olduğundan xəbərdar olsa da, həyat yoldaşı onu axtarır və kimsə onun başına nəsə gəlməyəcəyinə dair zəmanət verə bilməz…

Xəbər lenti
0