CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmişlidə "məhsul bayramı" keçirilib

© Sputnik / Kamal Almuradlıİmişlidə məhsul bayramı keçirilib
İmişlidə məhsul bayramı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
İmişli Şəkər Zavodunun hesabına İmişli yerli büdcədən maliyyələşən şəhər və rayonlar sırasına daxil olub

BAKI, 28 sen — Sputnik. Bu gün İmişli şəhərində İmişli Şəkər Zavodunun və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ənənəvi "məhsul bayramı" keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, millət vəkili Çingiz Qənizadə, "Azərsun Holding"in icraçı direktoru Savaş Uzan, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər işçiləri və rayon fəalları iştirak ediblər.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə tədbiri açan İmişli RİH-in başçısı Vilyam Hacıyev İmişli Şəkər Zavodunun rayonun həyatında çox əhəmiyyətli rol oynadığını bildirib. O, qeyd edib ki, bu zavod 3000 nəfərdən çox rayon sakinini işlə təmin edib, onun hesabına İmişli yerli büdcədən maliyyələşən şəhər və rayonlar sırasına daxil olub.

© Sputnik / Kamal Almuradlıİmişlidə məhsul bayramı keçirilib.
İmişlidə məhsul bayramı keçirilib - Sputnik Azərbaycan
1/3
İmişlidə məhsul bayramı keçirilib.
© Sputnik / Kamal Almuradlıİmişlidə məhsul bayramı keçirilib
İmişlidə məhsul bayramı keçirilib - Sputnik Azərbaycan
2/3
İmişlidə məhsul bayramı keçirilib
© Sputnik / Kamal Almuradlıİmişlidə məhsul bayramı keçirilib
İmişlidə məhsul bayramı keçirilib - Sputnik Azərbaycan
3/3
İmişlidə məhsul bayramı keçirilib
1/3
İmişlidə məhsul bayramı keçirilib.
2/3
İmişlidə məhsul bayramı keçirilib
3/3
İmişlidə məhsul bayramı keçirilib

"Azərsun Holding"in icraçı direktoru Savaş Uzan öz nitqində bu zavodun təməlinin mərhum Azərbaycan prezidenti Heydər Əliyevin xeyir-duası ilə qoyulduğunu və 2006-cı ildə hazırkı prezident İlham Əliyevin iştirakı ilə açılışı olduğunu bildirib. Natiq zavodun fəaliyyətindən danışıb, onun ölkə və rayon iqtisadiyyatına töhfə verməyindən məmnun olduqlarını bildirib. O, rayon sakinlərini "məhsul bayramı" münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Respublikanın tanınmış incəsənət xadimləri öz ifaları ilə tədbiri daha rəngarəng ediblər.

Xəbər lenti
0