01:48 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
В Вахитовском районном суде Казани

Ədalətin bərpası üçün vətəndaşdan pul tələb olunur

© Sputnik / Maxim Bogodvid
CƏMİYYƏT
Qısa URL
17901

Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ildə verdiyi qərarın icrasına nə mane olur?

BAKI, 27 sen — Sputnik. "Nəsimi rayonu məhkəməsinin icra şöbəsi Apellyasiya Məhkəməsinin qətnaməsinə və dövlətin qanunlarına qarşı hörmətsizlik edir".

Bu ifadə Sumqayıt şəhərində yaşayan Namiq Ağamir oğlu Əhmədovun Sputnik-ə ünvanlandığı məktubda əksini tapıb. Məktubda qeyd olunub ki, Namiq Əhmədov bir vaxtlar işlədiyi "Nurvin ST" şirkətindən ona verilməli olan əməkhaqqını artıq beş ilə yaxındır ki, ala bilmir.

Öz haqqını hüquq müstəvisində həll etmək istəyən Sumqayıt vətəndaşı müxtəlif məhkəmə instansiyalarına üz tutmalı olub. Nəhayət, Azərbaycan Respublikası Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli 2(103)-4917/2014 saylı qərarı ilə cavabdeh "Nurvin ST" şirkətindən 2011-ci ilin 10-cu, 11-ci, 12-ci ayları və 2012-ci ilin ilk 10 ayı üçün hər ay 550 (beş yüz əlli) manat hesabı ilə cəmi 7150 (yeddi min yüz əlli) manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (1950 manat) və əmək haqqının gecikdirilməsi ilə bağlı 500 (beş yüz) manat ödənc (ümumilikdə cəmi 9600 manat) tutularaq Namiq Əhmədova ödənilməsi qət edilir.

Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2014-cü il tarixli qətnaməsi 2014-cü ildən icraya yönəlməsinə baxmayaraq, hazırki vaxtadək icra edilmir. Şikayətçi Namiq Əhmədov bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən qərarın icrası qəsdən yubadılır. Nəsimi rayon icra şöbəsinin icra məmuru Elnur Priyev müxtəlif bahənələrlə məhkəmə aktının icrasından yayınır, "Nurvin ST" şirkətinin xeyrinə təqdimat və qərarlar hazırlayır. Namiq Əhmədov bunun səbəbini Elnur Piriyevə rüşvət verməməyində görür.

Azərbaycan Respublikası Bakı Apellyasiya məhkəməsinin icraya yönəlmiş sənədinin icrasının yubadıldığını görən Namiq Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova dəfələrlə məktubla müraciət etməyinə baxmayaraq 1 il 6 aydır ki qərar icra olunmamış qalıb.
N. Əhmədov isə öz növbəsində iddia edir ki, 5 növ daşınar əmlaka həbs qoyulsa da, onların indiyəcən satılmaması, fevralda həbs qoyulmuş iki əmlakın yalnız 4 aydan sonra qiymətləndirilməyə göndərilməsi və qiymətləndirmənin 3 ay müddətində həyata keçirilməsi süründürməçiliyi, icranın qəsdən yubadılmasını bir daha təsdiq edir.

Qərarların kağız üzərində qalması vətəndaşla dövlət arasında bilərəkdən narazılığın yaranmasına xidmət edir. Namiq Əhmədov, Elnur Priyev və onu müdafiə edən Nəsimi rayon məhkəməsinin icra şöbəsinin, Ədliyyə Nazirliyi Baş İcra İdarəsinin vətəndaşa qarşı elədikləri bu qanunsuz hərəkətləri, həmin şəxs və qurumların prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, cənab Ramiz Mehdiyevə və ombudsman Elmira Süleymanovaya qarşı sayğısız hərəkət, referendum ərəfəsində Prezidentə və dövlətə qarşı təxribat kimi dəyərləndirir.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin I və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında" Qanunun 5-ci maddəsində də əks olunub. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş qərarlar ölkə ərazisində bütün fiziki və fiziki şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətlərə səbəb olur. "İcra haqqında" qanunun 12-ci maddəsinə görə isə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir.

Müstəsna hallarda icra sənədlərində göstərilən tələblərin icra olunması isra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Belə olan halda sual yaranır ki, Bakı Apellyasiya Məhkəməsinin 2014-cü ildə verdiyi qərarın icrasına nə mane olur?

Sputnik-in bu sualını Nəsimi rayon məhkəmə qərarlarının icrası xidmətinin rəisi Nazim Nərimanov cavablandırıb. O, Namiq Əhmədovun iddiası əsasında məhkəmə qərarının olduğunu təsdiqləyib və işin icrasının hazırkı vəziyyəti ilə bağlı məlumat verib: "Nə qədər ki, cavabdeh tərəf könüllü olaraq məhkəmənin təyin etdiyi pulu Əhmədova ödəməyib, icraçı hüquqi şəxs olan "Nurvin ST"nin əmlakına həbs qoya bilər. Şirkətin balansında "KamAZ" markalı avtomobilin olduğu müəyyən edilib. İcrada növbəti addım əmlakın qiymətləndirilməsi ilə bağlı müstəqil ekspertlərə müraciət edilməsidir. Amma ekspert xidməti pulludur və bu məbləğ qiymətləndirilən əmlakın qiymətinin 3 %-ni təşkil edir. Biz bununla bağlı Əhmədovdan həmin məbləği ödəməyi xahiş etmişik. Lakin Əhmədov indiyə qədər ekspert xidmətinin haqqını ödəməyib, buna görə də qərarın icrası yubanır".

Nəsimi rayonunun baş icraçısının sözlərinə görə, artıq yük maşınının qiymətləndirilməsi aparılıb (26 min manata yaxın) və o, satılıb. Əhmədova aid məbləğ ödəniləcək. Yerdə qalan məbləğ borcluya — "Nurvin ST" şirkətinə veriləcək.

Doğrusu, aydın deyil ki, niyə Namiq Əhmədov əmlakın qiymətləndirilməsinə görə ekspert xidmətinə pul ödəməlidir. Özü də xidmətə görə ödəniləcək 3% məbləğ ümumilikdə avtomobilin qiymətindən hesablanır, Əhmədova isə ondan cəmi 9600 manat çatmalıdır.

Başa düşürük ki, cavabdeh tərəf bu hesabı ödəmək istəmir. Amma belə hallarda ekspert xidmətinə ödəniləcək pul həbs qoyulmuş avtomobilin satışından əldə olunan məbləğdən tutula bilərdi. Tutulmuş məbləğ də zərərçəkən və cavabdeh tərəf arasında bölünə bilərdi. Təəssüf ki, hətta problem belə, adlandıra bilməyəcəyimiz belə xırda məsələlər qanunların icrası prosesini bu qədər çətinləşdirir və qanunun aliliyini şübhə altında qoyur.

Əlaqədar

Ali Məhkəmə də ANS-ə "yox" dedi
"Məhkəmə yolu ilə də olsa, bu işin sonuna çıxacağıq"
Keçmiş arvadını öldürtdürmək istəyən şəxsin məhkəməsi başlayıb
Bakıda məhkəmədə dava olub, xəsarət alanlar var
Teqlər:
Nazim Nərimanov, Namiq Əhmədov, icra, Nəsimi rayonu Xalq məhkəməsi, Apellyasiya Məhkəməsi, hökm, qərar, məhkəmə

Əsas mövzular