CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyada yaşayan azərbaycanlılar referendumda fəal iştirak ediblər

© Sputnik / STRRusiyada yaşayan azərbaycanlılar referendumda səs verir
Rusiyada yaşayan azərbaycanlılar referendumda səs verir - Sputnik Azərbaycan
Abunə olmaq
Toğrul Allahverdili: "Seçki demokratik qaydalara uyğun keçdi və heç bir qanun pozuntusu qeydə alınmadı"

BAKI, 26 sen — Sputnik. "Konstitusiyaya dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar ümumxalq səsverməsində (referendumda) Rusiyada yaşayan həmvətənlərimiz də ruh yüksəkliyi ilə iştirak ediblər".

Sumqayıt Seçki Dairəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sumqayıt üzrə seçici fəallığı 60 faiz civarındadır

Bunu Sputnik-ə açıqlamasında, diaspor məsələləri üzrə ekspert, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib. Onun sözlərinə görə, sevindirici haldır ki, Rusiyada yaşayan seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından səfirlikdə təşkil olunan məntəqəyə gəlib və səsvermədə fəal iştirak ediblər.

İki saata yaxın müşahidə apardığını deyən Allahverdili, seçkinin demokratik qaydalara uyğun olduğunu və qanun pozuntusuna rast gəlmədiyini qeyd edib.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0