CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

5 dairədə 60 mindən çox seçici səs verib

© Sputnik / İlham MustafaGəncədə səsvermə prosesi
Gəncədə səsvermə prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncədə yerləşən seçki dairələri üzrə seçici fəallığı 30 faiz civarındadır

BAKI, 26 sen — Sputnik. Saat 12.00-a olan məlumata əsasən, Gəncə şəhəri 37saylı Nizami seçki dairəsində 9562 (29,2 %) seçici səs verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, həmin saatadək 38 saylı Nizami seçki dairəsində 11060 (24,14%) seçici iştirak edib. 39 saylı Kəpəz SD-də 11636 (27,82 %), 40 saylı Kəpəz dairəsində 11432 (27,02%) seçici səsvermə hüququndan istifadə edib. Gəncədə yerləşən 123 saylı Kəlbəcər rayon seçki dairəsində isə, saat 12.00-dək olan seçici fəallığı 33.1 faiz (16481 nəfər) təşkil edib.

Azərbaycanda referendum - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ən fəal seçki dairəsi bəlli oldu

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0