23:00 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4201

Saat 12.00-dək 10958 nəfər seçici seçkidə iştirak edib

BAKI, 26 sen — Sputnik. 113 saylı şəhər seçki dairəsi üzrə referendumda iştirak edəcək seçicilərin sayı 37804 nəfərdir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, saat 10:00-dək 4969 nəfər seçici seçkidə iştirak edib. Bu da seçicilərin 13.14%-ni təşkil edir. Saat 12:00-dək isə, dairə üzrə 10958 nəfər seçici seçkidə iştirak edib. Bu da seçicilərin 28.99%-ni təşkil edir.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Əlaqədar

Spiker səsvermə hüququndan istifadə etdi
Ölkə üzrə seçici fəallığı 30 faizi keçib
Şirvanda seçicilərin 11 faizə yaxını səs verib
Məcburi köçkünlərin səs verdikləri məntəqə fəallıq müşahidə olunur
Gəncədə 11 faiz seçici səs verib
Teqlər:
seçici, səsvermə, Şəki, seçki, referendum

Əsas mövzular