01:09 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4312

Saat 12.00-a olan məlumata əsasən, dairədə seçici fəallığı 28,6 faiz təşkil edib

  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda səsvermə prosesi
    Lənkəranda səsvermə prosesi
    © Sputnik / Rahim Muradov
1 / 7
© Sputnik / Rahim Muradov
Lənkəranda səsvermə prosesi
BAKI, 26 sen — Sputnik. 73 saylı Lənkəran Dairə Seçki Komissiyasına (DSK) daxil olan bütün məntəqələrdə səsvermə başlayandan xüsusi fəallıq var. Sputnik-in bölgə müxbiri xəbər verir ki, saat 10.00-dək dairə üzrə seçiciləri 9,08%-i, yəni 3464 nəfər, 12.00-a olan məlumata əsasən isə, 28,6%-i (10100) nəfər artıq öz səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Əlaqədar

Ölkə üzrə seçici fəallığı 30 faizi keçib
Məcburi köçkünlərin səs verdikləri məntəqə fəallıq müşahidə olunur
Gəncədə 11 faiz seçici səs verib
13 faizə yaxın seçici səs verib
Prezident səs verdi
Teqlər:
DSK, seçici, səsvermə, Lənkəran, seçki

Əsas mövzular