09:20 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
75 0 0

"Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasına start verilib

BAKI, 26 sen — Sputnik. Gəncə şəhərində Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasına start verilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, layihənin ideya müəllifi polkovnik Abdulla Qurbani bildirib ki, Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində görkəmli sərkərdələrin, Vətənin igid oğullarının qəhrəmanlıq ənənələrinin təbliği və öyrənilməsinin müstəsna əhəmiyyəti vardır. Müdafiə Nazirliyinin rəhbərliyi ideoloji və mədəni-maarif işində şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasına və formalaşmasına xüsusi önəm verir.

“Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat” mövzusunda konfrans
© Sputnik / Rahim Zakiroğlu

İlin sonunadək davam edəcək aksiya çərçivəsində birlik, birləşmə və hərbi hissələrin, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti görkəmli sərkərdələrin, xalq qəhrəmanlarının, Böyük Vətən müharibəsi illərində xalqımızın hərbi şöhrət tarixinə parlaq səhifələr yazmış Sovet İttifaqı Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş igid döyüşçülərimizin adları ilə bağlı ünvanları ziyarət edəcək, yerli icra orqanları və ictimai təşkilatlarla birlikdə təşkil olunacaq tədbirlərdə iştirak edəcək, müharibə və Silahlı Qüvvələr veteranları ilə görüşəcək, sərgilərə tamaşa edəcək, kitab və filmlərin müzakirəsinə qoşulacaqlar.

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə — ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirə mərasimində iştirak edən hərbi qulluqçular əvvəlcə Xan bağında olub, qəhrəmanın buradakı məzarını ziyarət edib, qəbirüstü abidəsi qarşısına qərənfillər düzərək igid döyüşçünün xatirəsini hörmət və ehtiramla yad ediblər.

  • Müdafiə Nazirliyinin yeni layihəsi olan Qəhrəmanların izi ilə hərbi vətənpərvərlik aksiyasına start verilib
    Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasına start verilib
    © Photo : mod.gov.az

1 / 8
© Photo : mod.gov.az
Müdafiə Nazirliyinin yeni layihəsi olan "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyasına start verilib

Gəncə şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yusif Məmmədov gəncəlilərin bu gün də İsrafil Məmmədovun adını əziz tutduqlarını qeyd edərək bildirib ki, 22 yaşında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ən yüksək fəxri ada — Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən igid həmyerlimiz Vətəndən uzaqlarda — Şimal-Qərb cəbhəsində böyük qəhrəmanlıqlar göstərərək Azərbaycan gəncliyinin vətənpərvərliyini, hərbi peşəkarlığını bütün dünyaya nümayiş etdirmişdir. Bu gün də Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə İsrafil Məmmədov kimi qəhrəmanlarımız vardır və onlar aprel döyüşləri zamanı düşmənə tutarlı zərbələr vuraraq ərazilərimizin xeyli hissəsini düşmən tapdağından azad ediblər. Qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzundur və həyatda qəhrəmanlığa həmişə yer var.

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyinin əməkdaşları hərbi qulluqçuları səmimiyyətlə qarşılayıblar. Muzeyin direktoru Eldəniz Babayev ekspozisiya haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu muzey 31 il öncə yaradılıb. Burada qəhrəmanın qısa, lakin mənalı ömür yolunu əks etdirən xeyli foto, sənəd, kitab, xatirə əşyaları qorunub saxlanılır. Hər il muzeyin yüzlərlə qonağı olur.

Aksiya iştirakçıları qarşısında çıxış edən Füzuli Huseynov dayısı haqqında xatirələrini söyləyib, onun xatirəsini həmişə əziz tutduqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə qəhrəmanın ailəsi adından minnətdarlığını bildirib, əmək veteranı Hümbət Əliyev İsrafil Məmmədov küçəsində yaşamağından qürurla söhbət açıb və "Millət artar, torpaq artmaz!" deyərək Azərbaycan əsgərlərini işğal edilmiş torpaqlarımızın azad olunması naminə hər an Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hazır olmağa və igid İsrafillərin qəhrəmanlıqlarını təkrar etməyə səsləyib.

Gənc zabit Toğrul Osmanov hərbi qulluqçular adından muzeyin əməkdaşlarına və veteranlara minnətdarlıq edib, İsrafil Məmmədovun ev muzeyinə Müdafiə Nazirliyinin adından hədiyyələr bağışlanıb.

Əlaqədar

Milli qəhrəmanların əmanətləri ailələrinə təqdim olundu
Lələtəpənin azad olunmasında qəhrəmanlıq göstərən zabitə general rütbəsi verildi
Sonuncu Sovet İttifaqı Qəhrəmanının böyük şücaəti - bu gün
Teqlər:
"Qəhrəmanların izi ilə", Gəncə şəhəri, vətənpərvərlik, Müdafiə Nazirliyi, aksiya

Əsas mövzular