CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç aylıq yol təmirindən sonra baxıblar ki, kanalizasiya xətləri "yaddan çıxıb"

© Sputnik / Fuad HasanovBadamdar qəsəbəsinə doğru gedən yolun bir tərəfi təmir işləri üçün bağlanıb
Badamdar qəsəbəsinə doğru gedən yolun bir tərəfi təmir işləri üçün bağlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının mərkəzi rayonunda acınacaqlı mənzərə yaşanır. Sakinlər bitib-tükənməyən asfaltlamadan və tıxacdan təngə gəliblər.

BAKI, 23 sen — Sputnik. Paytaxtın Səbail rayonunda, "Qurd qapısı" restoranından üzü Badamdar qəsəbəsinin içərisinə doğru gedən yol ötən ilin sonlarında təmirdən çıxmasına baxmayaraq, yenidən avtomobillərin hərəkəti üçün bağlanıb. Həmin yol bu dəfə su və kanalizasiya xətlərinin çəkilməsi üçün qazılıb. Hazırda gediş-gəliş ancaq bir istiqamətdə olduğundan nəqliyyatın hərəkətində tıxac yaranıb.

Bələ ki, ikitərəfli ensiz yolun bir hissəsində qazıntı aparıldığından bütün hərəkət qarşı tərəfə keçib. Həmin ərazidə yol ensiz olduğundan qəsəbəyə gedən və gələn avtomobillər yalnız bir xətt üzrə hərəkət etməli olur. Ona görə də, günün istənilən saatında burada tıxac yaşanır. Xüsusən də pik saatlarda bu yol keçilməz olur.

Sputnik əməkdaşı ilə söhbətləşən qəsəbə sakinləri mövcud vəziyyətdən narazlıqlarını dilə gətiriblər. "Keçən il də belə olmuşdu. Yolun vəziyyəti yaxşı olmadığı üçün təmirə görə 3 ay buranı bağlı saxlamışdılar. İşlər qurtarandan sonra yadlarına düşüb ki, su və kanalizasiya xətləri xarab imiş. İndi də başlayıblar yolu sökməyə ki, həmin xətləri dəyişsinlər", — sakin Rəşid Vəliyev bildirib.

"Heç cürə başa düşmək olmur ki, dövlət qurumları niyə bir-birindən xəbərsiz iş görür? "Azəravtoyol" yolu çəkir, daha sonra "Azərsu" gəlib yolu dağıdır ki, su və kanalizasiya xətləri nasazdır və dəyişilməlidir. Belə də iş olar?", — sakin şikayətlənib.

Mövzu ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli Sputnik-ə açıqlamasında vətəndaşların dediklərini təsdiq edib. O bildirib ki, həmin ərazidə hazırda qazıntı işlərini "Azərsu" ASC aparır və bu işin onlara heç bir aidiyyəti yoxdur: "Həmin ərazidə su və kanalizasiya xətləri yararsız olduğu üçün "Azərsu" şirkəti hazırda orada təmir işləri aparır".

© Sputnik / Fuad HasanovBadamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb
Badamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb - Sputnik Azərbaycan
1/5
Badamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb
© Sputnik / Fuad HasanovBadamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb
Badamdar qəsəbəsinə gedən yolun bir hissəsi yenidən təmirə bağlanıb - Sputnik Azərbaycan
2/5

3/5

4/5

5/5

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə Sputnik-ə verdiyi açıqlamasında, hazırda həmin yolda yeni su xətlərinin çəkildiyini deyib:

"O yolda bizim işlərimiz demək olar ki qurtarıb. Bu ayın sonlarına qədər yəqin ki, tam yekunlaşar. Ancaq ümumi Badamdar qəsəbəsində 2017-ci ilin 1-ci mərhələsində bütün işlərimizi yekunlaşdırmağı planlaşdırırıq. Çünki qəsəbəarası küçələrdə və dalanlarda da işlərimiz gedir".

A. Cəbrayıllının sözlərinə görə, işlər "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində aparılır və yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəf götürüb: "Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün "Alatava" mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilib və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb".

Mətbut katibi qeyd edib ki, xətlər çəkilib başa çatandan sonra Bakı Şəhər İcra Hakimiyyəti həmin yollara yenidən asfalt çəkəcək.

Təmirin yubanmasına etiraz edən qəsəbə sakinləri digər problemlərdən də danışıblar. Badamdar sakini Toğrul Eyvazov, magistral yola perpendekulyar yollarda işıqforların olmadığını, bu səbəblə tez-tez qəzaların baş verdiyini deyib: "Hansısa maşın yardımçı yoldan əsas yola çıxa bilmək üçün saatlarla gözləməyə məcbur olur. Çünki işıqfor yoxdur. Əksər sürücülər də səbirsiz olduğundan, gələn maşını gözləmir, keçməyə çalışırlar. Nəticədə qəzalar olur".

Digər tərəfdən, yolun qazıntı aparılan hissəsində hərəkət olmadığı üçün ərazidəki ticarət obyektləri, yanacaqdoldurma məntəqələri və digər obyektlər müflis olmaq təhlükəsi ilə üzləşib.

Xəbər lenti
0