19:56 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılması

"Bu, rayon camaatına qarşı ayrı-seçkilikdir"

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
108740

Regionlarda qeydiyyatda olan avtomobillərin paytaxta buraxılmaması narazlıqlara səbəb olub

BAKI, 22 sen — Sputnik. Həftənin əvvəlindən başlayaraq, rayon qeydiyyatlı avtomobillərin yenidən Bakıya buraxılmasına qadağa tətbiq olunması əhali arasında narazılığa səbəb olub. Hökumət bu addımı şəhərdə tıxacın qarşısını almaq məqsədilə atdığını bildirsə də, bəzi ekspertlər qadağanın çıxış yolu olmadığını, əksinə cəmiyyətdə əlavə problemlər yaradacağını düşünürlər.

Bəs, vətəndaşlar özləri bu qadağanı necə qarşılayırlar? Onların fikrincə, rayon qeydiyyatlı avtomobillərin paytaxta buraxılmaması çıxış yoludurmu? Sputnik əməkdaşı bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib.

Rüstəm Allahverdiyev — jurnalist: "Heç bir hüquqi əsası olmayan, insanların azadlığını məhdudlaşdıran, konstitusion hüququnu pozan, heç bir problemin həll yolu olmayan bir qərardır. Yol polisləri üçün əlavə gəlir yeridir. Bu qərardan ən çox əziyyət çəkən də Sumqayıtda yaşayanlardır. Gün ərzində Bakıya ən çox gedib-gələn bu şəhərin sakinləridir".

Sadiq Əliyev — müəllim: "Yanlış qərardır. Mən bir bakılı olaraq bu qərara etiraz edirəm. Mən şəxsən rayon camaatının yerinə olsam, haqqımı tələb edərəm. Anlamıram, bu qədər yollara pul xərcləndi, tıxac problemini həll edə bilmədilər. İndi binəva rayon camaatını Bakıya buraxmamaqla bunu həll edəcəklər?".

İsmayıl Əhməd — teoloq: "Bu, həll yolu deyil. Bakının yolları heç bu şəhərin sakinlərinin avtomobil yükünə cavab vermir. Bunu ölkəyə xaricdən maşın axını gələndə düşünmək lazım idi, bu da olmadı. Bunu trolleybus xətlərini sökəndə düşünmək lazım idi. Artıq gecdir. Bakını paytaxt olaraq sıxlıqdan xilas etməyin yolu bir çox idarə, müəssisə və universitetləri Bakıdan çıxarmaqdır".

Bakının girişində ilişib qalmış rayon avtomobilləri
© Karikatura
Bakının girişində ilişib qalmış rayon avtomobilləri

Mübariz Bayramov — müxbir: "Gürcüstan, Rusiya, Avropa, Ukrayna nömrəli maşınlar Bakıya daxil olur, amma Gədəbəy seriyalı maşın yox. Bu, ilkin baxışda nəqliyyat yükünü azaltmağa hesablanıb. Amma strategiya yox, taktikadır. Rayon maşını Bakıya, əsasən işlə əlaqədar gəlir. Regionların sosial-iqtisadi inkişafı yetərincə olmalıdır ki, rayon qeydiyyatlı nəqliyyat vasitəsi yox, heç rayon qeydiyyatlı şəxs işə görə piyada da Bakıya gəlməsin".

Əkrəm Həsənov — dinşünas alim: "Doğru qərar hesab etmirəm. Tutaq ki, mən Bakıda qalıram, amma avtomobilim işğal olunmuş rayonumuzda qeydiyyatdadır. Deməli, mənim avtomobilim də şəhərə buraxılmayacaq. Yaxud da adam məcburi köçkündür, amma şəhərdə işləyir. Bunu da nəzərə almırlar. Çox istərdik ki, məcburi köçkünlərin avtomobilləri Bakıya buraxılsın".

Nicat Əlibəyli — sığorta mütəxəssisi: "Bu, bölgələrdə yaşayan vətəndaşlarımız üçün təhqirə bərabərdir. Çıxış yolu deyil. Çox təəssüflənirəm".

Sevinc Bayramova — evdar qadın: "Yoldaşım maşını satıb yenisini aldı. Öz adına keçirəcəkdi, dedilər, "sənin qeydiyyatın rayonadır, rayon seriyalı nömrə alacaqsan və belə olan halda Bakıda sürməyə icazə yoxdur". Qaynanam Bakı qeydiyyatıdır, məcbur olub texniki pasportu onun adına aldıq, qaynanam da yoldaşıma etibarnamə verdi. Çox pis qəbul edirəm belə ayrı-seçkiliyi".

Ruslan Nadir — fərdi sahibkar: "Getsinlər, rayonlarda iş yerləri açsınlar, görüm kim rayonunu buraxıb şəhərə gələr".

Rauf Alagözov — şair: "Bu, açıq şəkildə insan hüquqlarının pozulması və ayrı-seçkilikdir".

Elşən Ağalar — fotoqraf: "Məntiq yoxdur. Sadəcə yol sistemini düzgün, şaxəli şəkildə layihələndirmək lazımdır".

Əlaqədar

Rayon avtomobillərinin "qara günləri" yenidən qayıtdı
Azərbaycanda 1 ayda avtomobillərin sığorta haqqı 8 milyon manat olub
Devalvasiya avtomobil bazarına ciddi ziyan vurub
Sərhəddə avtomobilləri bunlar da yoxlayacaqlar
Bu kənddə avtomobildən istifadə qadağandır
Teqlər:
paytaxt, Bakı, narazılıq, DYP, qadağa, avtomobil, rayon

Əsas mövzular