15:19 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
DANİB “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması” layihəsi çərçivəsində təlim təşkil edib

Region gəncləri üçün təlimlərə start verilib

© Foto : DANİB
CƏMİYYƏT
Qısa URL
16 0 0

DANİB "Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması" layihəsi çərçivəsində təlim təşkil edib

BAKI, 22 sen — Sputnik. Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) "Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər" adlı layihəsi çərçivəsində 4 günlük təlim təşkil edilib. Sputnik xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən DANİB sədri Elməddin Behbud təşkilatın fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihələrdən və dövlətin gənclər siyasətindən danışıb.

DANİB “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması” layihəsi çərçivəsində təlim təşkil edib
© Foto : DANİB
DANİB “Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması” layihəsi çərçivəsində təlim təşkil edib

O, gənc nəslin müasir və müstəqil Azərbaycanın qurulmasında yaxından iştirak etdiyini qeyd edib. Hazırda həyata keçirdikləri layihənin GF-in dəstəyi ilə həyata keçirdikləri 5-ci layihə olduğunu bildirib.

Layihənin gənclərin şəbəkələşməsi və regionlarda mövcud olan problemlərin həlli üçün resursların birləşdirilməsi ilə daha effektiv həlli yolunun tapılması baxımından əhəmiyyətini vurğulayan təşkilat sədri gəncləri fəal olmağa çağırıb: "Təlimdə iştirak etmək üçün ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan 300-ə qədər gənc müraciət etmişdi ki, bu da onların layihəyə olan böyük marağını göstərir. Düşünürük ki, regional təşəbbüs qrupları həm yerləşdiyi bölgədə gənclərin ictimai aktivliyinin güclənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin fəallığının artırılmasına və həm də gənclər arasında mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının yüksəlməsinə, onların resurslarını birləşdirməsinə müsbət töhfə verə bilər".

Ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil etdiyini deyən təşkilat sədri dövlət gənclər siyasətinin məqsədinin ölkə gənclərinin hərtərəfli inkişaf etdirilməsi olduğunu bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov dövlətin gənclərə olan qayğısından söz açaraq təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. O. Ərəbov gəncləri dövlətin yaratdığı müasir imkanlardan istifadə edərək cəmiyyət üçün faydalı ola biləcək layihələrlə Fonda müraciət etməyə çağırıb.

"Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər" layihəsi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif regionlarını təmsil edən (Samux, Lənkəran, Göyçay, Gəncə, Saatlı, Füzuli, Beyləqan, Mingəçevir, Ucar, Salyan, Ağstafa, Biləsuvar) 20 gəncə 4 gün müddətində qeyri- formal təhsil üsulu ilə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında zəruri məlumatlar verilib.

Təlimin sonunda iştirakçılara Setfikatlar təqdim olunub. Qeyd edək ki, layihəylə bağlı sosial şəbəkələrdə gənclər tərəfindən xeyli sayda rəylər yazılıb və paylaşımlar edilib.

Əlaqədar

Azərbaycanın gənc deputatı hələ də kirayədə yaşayır
Gənclərin dini radikalizm təzahürlərinə qarşı mübarizəsi gündəlikdədir
"İslahatçı Gənclər" Konstitusiya islahatlarını dəstəkləyir
İmişlidə 17 yaşlı gənc intihar edib
Teqlər:
Elməddin Behbud, region, gənc, DANİB, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi

Əsas mövzular