CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Xidmət"dən daha bir yenilik

© TRENDAsan Xidmət
Asan Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb

BAKI, 16 sen — Sputnik. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı www.asan.gov.az və www.vxsida.gov.az rəsmi internet səhifələrində Statistik portal istifadəyə verilib. Xidmətdən Sputnik-ə verilən məlumata görə, portal Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə statistik məlumatları özündə əks etdirən İntellektual Monitorinq Sisteminin bazasında formalaşdırılıb.

Xüsusi olaraq ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulan portal kütləvi informasiya vasitələrinin, elmi araşdırmaçıların, beynəlxalq təşkilatların, ümumilikdə ictimaiyyətin ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Qeyd edək ki, məlumatları hər gün yenilənənStatistik portal dövlət idarəetməsi sahəsində qabaqcıl təcrübədir. Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaxın günlərdə portalın ingilis dili versiyası da istifadəyə veriləcək.

Xəbər lenti
0