CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda Qurban Bayramı qeyd olundu

© Sputnik / Rahim ZakiroğluLənkəranda Qurban Bayramı qeyd olundu
Lənkəranda Qurban Bayramı qeyd olundu - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin Böyük Bazar, Kiçik Bazar və Qalayçılar məscidlərində keçirilən bayram mərasimlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı bu gün Lənkəranda təntənə ilə qeyd olundu.

Şəhərin Böyük Bazar, Kiçik Bazar və Qalayçılar məscidlərində keçirilən bayram mərasimlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib. Sonra Bayram Namazı qılındı və qurbanlıq heyvanlar kəsilib.

© Sputnik / Rahim ZakiroğluLənkəranda ümumilikdə 150-ə yaxın heyvan kəsilərək aztəminatlı ailələrə paylanılıb
Lənkəranda ümumilikdə 150-ə yaxın heyvan kəsilərək aztəminatlı ailələrə paylanılıb - Sputnik Azərbaycan
Lənkəranda ümumilikdə 150-ə yaxın heyvan kəsilərək aztəminatlı ailələrə paylanılıb

Kəsilən qurbanlıq heyvanlar Qarabağ və Əfqanıstan müharibəsi əlillərinə, şəhid ailələrinə və Çernobıl əlillərinə paylanılıb. Qeyd edək ki, Lənkəranda ümumilikdə 150-ə yaxın heyvan kəsilərək aztəminatlı ailələrə paylanılıb.

Xəbər lenti
0