12:00 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
57241

Mehman İsmayılov: "Hələ də qızını əlifba bayramına buraxmayan, Yer kürəsinin fırlanmadığını iddia edən dindarlar mövcuddur"

BAKI, 8 sent-Sputnik. Zaqatalada "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli" mövzusunda debat keçirilib.

Debat "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin təşəbbüsü və AR prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində baş tutub.

Zaqatalada Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli mövzusunda debat keçirilib
© Sputnik / Abbasova Shahperi
Zaqatalada "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli" mövzusunda debat keçirilib

Birliyin sədri Ülkər Abdullayeva bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd Azərbaycanın dünyəvi dövlətçilik modelinin qorunmasına, möhkəmlənməsinə çalışmaq, insanları ölkəmizin konstitusion quruluşunu dəyişməyə, dini-ayrıseçkilik zəminində münaqişələr törətməyə cəhd edən radikal dini cərəyanlardan uzaq durmağa çağırmaq, inanclı şəxsləri insanlığa qarşı çevrilməyən din modellərinə üstünlük verməyə dəvət etməkdir.

Ekspertlər Məcid Mehrani və Aynur Zamanova mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar veriblər və onları maraqlandıran sualları cavablandırıblar.

Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev bildirib ki, görülən tədbirlər nəticəsində rayonda dini radikal cərəyanlara qoşulanların sayı azalıb: "İnsanlar dünyada baş verən prosesləri, dini radikalizmin, ekstremizmin bəşəriyyət üçün necə acınacaqlı nəticələrə gətirdiyini görürlər. Odur ki, rayonda inanclı insanların, dindarların sayı kifayət qədər olsa da, radikal cərəyanlara qoşulma halları çox azdır. Ölkənin dünyəvi quruluşunu dəyişməyə çağırışlar isə rayon ictimaiyyəti tərəfindən qətiyyən yolverilməz hal kimi qiymətləndirilir. Rayonda dini etiqad və vicdan azadlıqları yüksək səviyyədə qorunur. Bununla yanaşı, Azərbaycanın dünyəvi dövlət quruluşuna hər hansı təhdidlər mövcud deyil. Buna baxmayaraq, rayon rəhbərliyi ayıq-sayıqdır və bu cür neqativ çağırışlara anında reaksiya vermək iqtidarındadır."

Zaqatalada Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli mövzusunda debat keçirilib
© Sputnik / Abbasova Shahperi
Zaqatalada "Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli" mövzusunda debat keçirilib

Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının rayon komitəsinin sədri Sona Qazıyeva radikal dindarları, İslamla terrorun eyniləşdirilməsinə rəvac verən hərəkətləri qətiyyətlə pisləyib:

 "Allahu-əkbər deyərək insanları öldürən dini cərəyanların nümayəndələri Allaha və İslama deyil, şərə xidmət edirlər. 21-ci əsr elm, texnika, maarifçilik, mədəni inkişaf əsridir. Bu əsrdə orta çağa məxsus cəhalət və xurafat yolverilməzdir. Mənim bacım Sevil Qazıyeva Azərbaycanın ilk qadın mexanizatoru olub. Bizim haqqımız yoxdur ki, özünü elmə, müasir texnologiyalara, dünyanın inkişafına həsr edən, 20-ci əsrin əvvəllərində cəhalətə yox deyən, çadranı ataraq azadlığı seçən analarımızın, nənələrimizin ruhunu incidək."

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Mehman İsmayılov dindarların özlərinin maariflənməyə böyük ehtiyacı olduğunu qeyd edib. O, savadsız din xadimlərinin insanları yanlış yola yönəltdiyini, İslamdakı pozitiv çağırışları gözdən saldığını qeyd edib: "Hələ də qızını əlifba bayramına buraxmayan, Yer kürəsinin fırlanmadığını iddia edən dindarlar mövcuddur. Təəssüf ki, onlar ictimai toplantılarda, çayxanalarda, küçələrdə insanları öz məhdud dünyagörüşlərinin təsiri altına sala bilirlər."

Debatda prezident İlham Əliyevin təqdimatı əsasında dini fanatizm, dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun dəyişdirilməsi, milli-irqi düşmənçiliyin salınması, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişini qadağan edən maddələrin qanunvericiliyə salınması təklifi müsbət qiymətləndirilib.

Əlaqədar

"Dini radikalizm və xurafat arasında ciddi fərq yoxdur"
Gənclərin dini radikalizm təzahürlərinə qarşı mübarizəsi gündəlikdədir
"Azərbaycanda dini radikalizm təhlükəsi var"
Azərbaycanda dini radikalizm təhlükəsi mövcuddurmu?
Sekulyar dövlətçilik və dini radikalizm
Radikalizm və islamofobiya siyasi liderlərin "zəhmət"inin bəhrəsidir
Teqlər:
AR prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Sekulyar dövlətçilik, dini radikalizm, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi

Əsas mövzular