Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qara bazar" ağ günə çıxıb

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidValyuta alış satışı
Valyuta alış satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Mobil operatorlar qanundan gizlənənlərə necə "qucaq açıb"?

BAKI, 8 sen — Sputnik. "Qara bazar"da valyuta məzənnəsi ilə bağlı vətəndaşlara sms göndərilməsinin qarşısı alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov belə deyib.

Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qara bazar"ın sms bazarı qara gəldi

O bildirib ki, sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar barədə sms göndərilib: "Maliyyə Bazarlarına Nəzarət Palatasının, müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb".

Qeyd edək ki, bundan əvvəl vətəndaşlara 9944 nömrəsindən qısa sms göndərilirdi. Mesajda bildirilirdi ki, "qara bazar"da dolların alış qiyməti 1,785-1,87 manat arasındadır. Halbuki Mərkəzi Bankın rəsmi məzənnəsi sentyabrın 6-na 1,6362 manat olub.

Məsələ ilə əlaqədar bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik-ə açıqlamasında deyib ki, dollara güclü tələbat olduğu, faktiki banklar dollar satmadığı üçün "qara bazar" aktivləşib: "Hətta Sovet dövründə də valyutanın "qara bazar"ı olub, amma çox gizli imiş. Azərbaycanda indi bu, elə də gizli deyil".

Ekspertin istisna etmir ki, artıq valyuta alverçiləri daha çox tanınmaq və qazanmaq istəyirlər: "Ola bilər, artıq qazandıqlarına da qane olmurlar. Onlara elə gəlir ki, məsuliyyətə cəlb edilməyəcəklər. Çox güman ki, onları müəyyən vəzifəli şəxslər qoruyurlar. Ona görə də artıq o həddə çatıb ki, sms-lər göndərirlər. Faktiki belə çıxır ki, "bu, bizim telefonumuzdur, gəlin, bizdən alın". Bunlar qanunsuzdur. Hesab edirəm ki, dövlət orqanları belə halların qarşısını almalıdır. Amma istənilən halda valyutanın "qara bazar"ının qarşısını inzibati yollarla tam almaq mümkün olmayacaq".

""Qara bazar"ın biznesini bağlamağın ən sadə və düzgün yolu bankların valyuta satmağı davam etdirməsidir. Bankların da valyuta satmağı davam etdirməsi üçün Mərkəzi Bank onlara valyuta satmalıdır. Mərkəzi Bank bunu etməyəcəksə, qeyri-rəsmi kanallar artıq açılır. Təsadüfi deyil ki, Azərbaycanda neçə il idi ki, valyutanın "qara bazar"ı anlayışı yox idi. Əvvəllər olub, amma hazırda yenidən üzə çıxıb. Təxmin edirəm ki, bu bazarın arxasında elə bəzi bank sahibləri, işçiləri dayanır", — Ə. Həsənov vurğulayıb.

Valyuta mübadiləsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Qara bazar" üçün böyük fürsət - banklar birbaşa dollar satışını dayandıracaq

İnformasiya-kommunikasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov isə Sputnik-ə açıqlamasında deyib ki, istifadəçilərin almaq istəmədikləri məlumatların onlara məcburən, zorla göndərilməsi qanunla qadağandır: "Çünki, bu, şəxsi mobil telefonumdur. Məlumatı qəbul etmək istəmirəmsə, göndərilməməlidir".

"Digər tərəfdən, mənə göndərilən sms müştərisi olduğum bank tərəfindən göndərilmişdi. Bu, informasiya xarakterli sms-dir. E-maili banka özümüz təqdim edirik. Müqavilədə də imzalayırıq ki, ondan xəbərdarlıqlar almağa razıyıq. Bank tərəfindən bu cür xəbərdarlığın göndərilməsində bir problem yoxdur", — V. Qasımov qeyd edib.

Ekspert qeyd edib ki, valyuta məzənnəsi haqqında yanlış məlumatlar texniki səhv də ola bilər.

Xəbər lenti
0