CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan bu inqilabi dəyişikliyi çoxdan edib"

© Photo : APASürücülük təlimi
Sürücülük təlimi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ölkəmizdə avtomatik ötürmələr qutusu ilə imtahan götürülməsinə ehtiyac var"

BAKI, 7 sen — Sputnik. Xəbər verdiyimiz kimi, Rusiyada sürücülük vəsiqəsi almaq üçün yeni imtahan qaydaları tətbiq olunub. Vəsiqələrin verilməsi prosesində də yeniliklər var.

Rusiyada sürücülük vəsiqəsi - Sputnik Azərbaycan
RUSİYA
Sürücülük vəsiqəsinin verilməsində inqilabi dəyişiklik

Əsas yenilik vaxtla bağlıdır. İmtahanın özünə bir saat vaxt ayrılır, uğurlu nəticə əldə olunanda isə, sürücülük vəsiqəsini 30 iş günü ərzində sürücüyə təhvil verirlər.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi başçısının birinci müavini Vladimir Şvetsov deyib ki, əgər ərizəçi 30 saniyə vaxt ərzində maşını heç yerindən də tərpədə bilməsə, demək onun imtahanı davam edib digər namizədlərin də vaxtını alması düzgün deyil. Müfəttişlik bütün ərizəçilərə öz imtahanlarını videoya çəkməyə icazə verib.

Yeni qaydalara əsasən, imtahan prosesi daha avtomatlaşdırılmış olur. Səhvlər zamanı maşından siqnal verilir. Bu səbəbdən, imtahan götürən şəxsin maşında olması vacib deyil. Səhvlər haqda bütün məlumatlar onun kompyuterinə ötürülür.

Yeni qaydalar avtomatik sürət qutusu olan avtomobil həvəskarlarını da sevindirib. Belə ki, bundan sonra sürücülük imtahanlarını belə avtomobillərlə vermək olar.

Məsələ ilə əlaqədar yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bu dəyişikliklər çoxdan olub: "Hazırda Azərbaycanda olan qaydalara görə, şəxs sürücülük imtahanından uğurla keçdikdən sonrakı 30 gün müddətində onun sürücülük vəsiqəsi verilməlidir. Qabaqcadan imtahanın vaxtı təyin olunur. Ərizə verdikdən sonra 3 gündən gec olmayaraq imtahan vaxtı təyin edilir. İmtahan məntəqələrində iş qrafiki var. Ola bilər, müraciət edən gün imtahan olmasın. Hər adamdan fərdi imtahan götürülmür, qrup halında götürülür".

Ekspert bildirib ki, imtahan müddəti 15 dəqiqə çəkir: "15 dəqiqə müddətində testlərə cavab verməlisən. Sonra sürmək vərdişi ilə bağlı təcrübi imtahan keçirilir. Bu, videokamera vasitəsilə həyata keçirilir. Təcrübi imtahan videokamera altında xüsusi meydançada verilməlidir".

"Avtomobilə əyləşdikdən sonra prosedur var. Məhz 30 saniyə məsələsi yoxdur. Dərhal təhlükəsizlik kəmərini bağlamalısan. Avtomobili işə salıb, ötürmələr qutusunu dəyişib hərəkətə başlamalısan. Burada səhv etsən, bu, balla qiymətləndirilir. 100 bala çatanda deyirlər ki, "get, gələn dəfə gəl". Amma elə qayda pozuntusu var ki, birbaşa 100 baldır", — Ə. Hüseynov qeyd edib.

Gecə avtomobil idarə etmək - Sputnik Azərbaycan
Gecə maşın sürənləri cəza gözləyir

Ekspert qeyd edib ki, Azərbaycanda hələ ki avtomatik sürət qutusu olan avtomobil ilə təcrübi imtahanın götürülməsi yoxdur: "Düşünürəm ki, buna ölkəmizdə ehtiyac var və bu, maraqlı olar. Dünyanın bəzi ölkələrində hər iksi var. Avtomatik ötürmələr qutusu ilə imtahan verənlərə yazırlar ki, onun mexaniki ötürmələr qutusu olan avtomobil idarə etməsinə icazə verilmir".

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Razim Bayramov isə Sputnik-ə açıqlamasında deyib ki, ümumiyyətlə, dünyada interaktiv imtahan var: "Bu, nəzəri biliklərin imtahanı ilə yanaşı, avtomobili sürmək təlimini də əhatə edir. Bəzən heç insanın iştirakı olmadan öz qiymətini verir".

Avtomatik sürət qutusu olan avtomobil ilə imtahanın götürülməsi məsələsinə toxunan Razim Bayramov deyib ki, artıq avtomobildə mexanika anlayışı yoxdur: "İndiki avtomobillərin heç 30 faizində mexanika qalmayıb hamısı elektronikadır. Bu təcrübə ölkəmizdə tətbiq edilə bilər".

Xəbər lenti
0