CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Prezidentindən dini təbliğatla bağlı 3 mühüm təklif

Abunə olmaq
Din adından sui-istifadə edənləri ömürlük həbs və ciddi məbləğdə cərimələr gözləyə bilər

BAKI, 5 sent — Sputnik. Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası tətbiq oluna bilər. Sputnik APA-ya istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatı ilə bununla bağlı Milli Məclisə Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklif olunub.

Sekulyar dövlətçilik və dini radikalizm debatları - Sputnik Azərbaycan
"Azərbaycanda dini radikalizm təhlükəsi var"

Layihəyə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bununla yanaşı, Azərbaycanda dini fanatizm və dini radikalizm zəminində milli-irqi düşmənçiliyin salınması, vətəndaş hüquqlarının məhdudlaşdırılması, o cümlədən bunun KİV vasitəsilə törədilməsinə qarşı da cəzalar tətbiq olunur. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 283.1-1 və 283.3 maddələrinin əlavə edilməsi təklifi irəli sürülüb.

Yeni 283.1-1 maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən KİV-dən istifadə olunmaqla törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Təklif olunan 283.3 maddəsində isə yuxarıda qeyd olunan zəmində əməllərin maliyyələşdirilməsinə görə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Azərbaycanda ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişi də qadağan olunur. Bununla məşğul olan əcnəbilər maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcəklər.

Azərbaycan Prezidentinin təqdimatı ilə bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur. Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur.

Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat qədər cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.

Qeyd edək ki, sözügedən hər üç layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0