CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan olimpiyaçılarımıza sosial şəbəkələrdə dəstək oldu

© Sputnik / Murad OrujovOlimpiya çempionu Radik İsayev
Olimpiya çempionu Radik İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan informasiya agentliyi və radiosu olimpiyaçılarımıza dəstək məqsədi ilə sosial şəbəkədə keçirilən müsabiqəni yekunlaşdırıb.

BAKI, 2 sen — Sputnik. Avqustun 10-dan başlayaraq üç həftə ərzində davam edən müsabiqədə hər bir istifadəçi iştirak edə bilərdi. Sputnik Azərbaycan-ın rəsmi səhifəsində yerləşdirilmiş ölkənin və idmançılarımızın yay olimpiya oyunlarında çıxış və nailiyyətlərinə həsr olunmuş suallara hamıdan tez və düzgün cavab verən hər kəsə olimpiyaçılarımızın imzası olan köynəklərə və redaksiyadan hədiyyələrə sahib olmaq imkanı yaradılmışdı.

Qeyd edək ki, orijinal köynəklərə öz imzalarını atanlar arasında Rio Olimpiadasının gümüş mükafatçıları Rüstəm Orucov, Elmar Qasımov və Olimpiya çempionu Radik İsayev də var. Müsabiqənin nəticələrinə görə hər həftəyə iki nəfər olmaqla altı nəfər qalib seçilib.

© Sputnik / Anar AkifogluQaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib - Sputnik Azərbaycan
1/8
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
© Sputnik / Murad OrujovQaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib - Sputnik Azərbaycan
2/8
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
© Sputnik / Anar AkifogluQalibə Fəridə Əzizovanın imzası olan köynək hədiyyə edilib
Qalibə Fəridə Əzizovanın imzası olan köynək hədiyyə edilib - Sputnik Azərbaycan
3/8
Qalibə Fəridə Əzizovanın imzası olan köynək hədiyyə edilib
© Sputnik / Murad OrujovRio Olimpiadasının bürünc mükafatçısı Milad Haçeqani
Rio Olimpiadasının bürünc mükafatçısı Milad Haçeqani - Sputnik Azərbaycan
4/8
Rio Olimpiadasının bürünc mükafatçısı Milad Haçeqani
© Sputnik / Murad OrujovCüdoçu Orxan Səfərov
Cüdoçu Orxan Səfərov - Sputnik Azərbaycan
5/8
Cüdoçu Orxan Səfərov
© Sputnik / Murad OrujovRio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov
Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov - Sputnik Azərbaycan
6/8
Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov
© Sputnik / Murad OrujovRio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov
Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov - Sputnik Azərbaycan
7/8
Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov
© Sputnik / Murad OrujovOlimpiya çempionu Radik İsayev
Olimpiya çempionu Radik İsayev - Sputnik Azərbaycan
8/8
Olimpiya çempionu Radik İsayev
1/8
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
2/8
Qaliblərə olimpiyaçılarımızın imzası olan köynəklər və redaksiyadan hədiyyələr təqdim edilib
3/8
Qalibə Fəridə Əzizovanın imzası olan köynək hədiyyə edilib
4/8
Rio Olimpiadasının bürünc mükafatçısı Milad Haçeqani
5/8
Cüdoçu Orxan Səfərov
6/8
Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov
7/8
Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov
8/8
Olimpiya çempionu Radik İsayev

Mükafatları qaliblərə redaksiyada Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev və baş redaktoru Mətin Məcidli təqdim ediblər.

"Sputnik Azərbaycan idmançılarımızın Olimpiadada çıxışlarını geniş işıqlandırıb. Keçirilən müsabiqənin məqsədi isə oxucularımızın idman mövzusuna diqqətini cəlb etmək və yarışda mübarizə aparan idmançılarımıza dəstək vermək olub", — deyə Əziz Əliyev mükafatlandırma mərasimində qeyd edib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0