CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramil Usubov FETÖ-nün Azərbaycanda təşkilatlanmasından danışdı

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Türkiyə DİN rəhbərləri Fətullahçı Terror Təşkilatının fəaliyyətini müzakirə ediblər

BAKI, 31 avq — Sputnik. Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib. Sputnik APA-ya istinadən xəbər verir ki, R. Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb.

Fətullah Gülən. Arxiv şəkli - Sputnik Azərbaycan
FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Ə. Ala deyib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var. O bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması, kökünün qazınması istiqamətində də təsirli əməkdaşlıq davam etməkdədir.

"Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq", — Ala bildirib.

Azərbaycan daxili işlər naziri isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb: "FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq".

"Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm", — DİN başçısı qeyd edib.

Xəbər lenti
0