CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu postun qarşısından keçərkən polislərdən ehtiyatlı olun

© Sputnik / Fuad HasanovEkologiya Postu
Ekologiya Postu - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Yol Polisi İdarəsi Ekologiya postunun əməkdaşlarının magistral yolda qəza vəziyyəti yaratdığını etiraf etdi

BAKI, 26 avq — Sputnik. Yol polisi əməkdaşlarının qanunları kobud şəkildə pozması barədə mətbuatda dəfələrlə yazılar gedib. Buna baxmayaraq, YPX əməkdaşları əleyhinə şikayətlər səngimək bilmir.

Sputnik-ə daxil olan məlumata görə, artıq uzun müddətdir ki, Bakı-Sumqayıt yolunun üzü paytaxt istiqamətində yerləşən "Ekologiya Postu"nda yol polisləri qanunları kobud formada pozur. Pozuntu halları daha çox işə getmə və işdən qayıtma vaxtları müşahidə olunur. Məsələ ilə bağlı Masazır qəsəbə sakini Fuad Həsənov redaksiyamıza yazdığı məktubda bunları qeyd edib:

"Artıq neçənci dəfədir ki, Ekologiya postunun əməkdaşları magistral yolda qəza vəziyyəti yaradırlar. Onlar qanunu ən kobud şəkildə pozaraq, magistral yolun ortasına qədər girir, sürücüləri çaşdıraraq az qala qəza yaratmasına səbəb olurlar".

Vətəndaş F.Həsənov, polislərin əllərində dəyənəklə nə üçün yolun ortasına çıxdığını belə izah edib: 

Сотрудники ДПС в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisindən qorxunc açıqlama
"Hansısa avtomobilin cəriməsi radar vasitəsilə onların postuna ötürülür. Onlar da həmin avtomobili saxlamaq üçün ən kobud üsuldan istifadə edərək, düz yolun ortasında həmin avtomobilin gəlməsini gözləyirlər. Ancaq düşünmürlər ki, sürətli yolda bu üsulla maşını sağa çəkdirmək düzgün deyil. Çünki bu hərəkət arxadan gələn maşının qəza yaratma ehtimalını gücləndirir. Mən özüm də yol polisinin belə hərəkətlərinə görə dəfələrlə qəza vəziyyətinə düşmüşəm. Ümid edirəm ki, Bakı Şəhər Dövlət Yol polisi idarəsi problemi yaxın vaxtlarda həll edər".

Məsələni yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı sözügedən ərazidə olub. Apardığımız qısa müşahidə sürücülərin haqlı olduğunu üzə çıxarıb. Həqiqətən də həmin ərazidə yol polislərinin qanunu pozması ucbatından qəza vəziyyəti an məsələsinə çevrilib. YPX əməkdaşları cəriməsi olan avtomobilləri saxlaya bilmək üçün təhlükəli manevrlərə əl atır. Sadə dillə desək, əgər cəriməsi olan avtomobil posta yaxınlaşarkən, hətta magistral yolun ən sol tərəfi ilə sürsə belə, yol polisi onu zorla sağa çəkməyə məcbur edir. Bu isə həmin yolun ortası və sağ tərəfi ilə hərəkət edən maşınların qəza vəziyyəti yaratmasına səbəb olur. Necə ki, dəfələrlə həmin yerdə qəzalar olduğu haqda xəbərlər yayılıb.

Ərazidəki taksi sürücüləri, o cümlədən bəzi adi sürücülər də faktı təsdiqləyiblər. Xırdalan şəhər sakini Aydın Məmmədov Sputnik-ə bildirib ki, bu problem yeni deyil:

"İllərdir ki, Ekologiya postunun qarşısı belədir. Hər dəfə bir polis əlinə dəyənək alıb girir yolun ortasına ki, nə var nə var hansısa cəriməsi olan maşını saxlayacaq. Saxlamağa saxlasınlar, amma bunu kobud formada edirlər. Yolun solu ilə gedən maşınları da zorla sağa çəkdirirlər. Bu adamlar düşünmür ki, sağda və arxada olan maşınlar çaşa bilərlər? Tez-tez qəzalar olur bu yolda, qəzaların çoxunu da polislər özləri yaradırlar".

YPX əməkdaşı - Sputnik Azərbaycan
Dövlət Yol Polisindən xəbərdarlıq
Problemi Sputnik-ə şərh üçün nəqliyyat problemləri üzrə ekspert Azər Allahverənov, məsələnin ciddi şəkildə araşdırılmalı olduğunu bildirib:

"Yol hərəkəti haqqında qanunda konkret olaraq bildirilir ki, polis cəriməsi olan avtomobili saxlamaq istəyirsə, elə bir tədbirə əl atmalıdır ki, hərəkətdə olan digər nəqliyyat vasitələri çətin vəziyyətdə qalmasın, qaydanı pozmasın. Yol polisləri özləri qanunu qorumaqla vəzifəlidir, pozmaqla yox".

Ekspert qeyd edib ki, əgər bir nəqliyyat vasitəsi digər nəqliyyat vasitəsinin ucbatından qanunu pozursa, bir mənalı şəkildə günah qaydanı pozmağa rəvac verən sürücünün üzərində qalır:
"Ona görə mən hesab edirəm ki, aidiyyəti dövlət qurumu həmin ərazi ilə bağlı ciddi araşdırmalar aparsın və problem nədirsə üzə çıxsın".

Məsələ ilə bağlı Dövlət Yol Polisi İdarəsindən Sputnik-ə bildirilib ki, "Ekologiya postu" barədə onların özlərinə də dəfələrlə şikayətlər edilib.

"Həmin ərazidəki yol polislərinin qaydaları pozması haqda bizə də tez-tez şikayətlər edilib. İdarəmiz maksimum dərəcədə çalışır ki, bu cür neqativ halların qarşısını alsın. Qaydaları pozan yol polisləri barədə tədbirlər görürük və görəcəyik" — deyə DYP idarəsindən bildirilib.

Xəbər lenti
0