12:27 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
600820

Zirəddin Rzayev: "Dövlət orqanları adamın fırıldaqçı olduğunu sübut etməlidir. Maraqlıdır, bəs onlar bunu necə sübut edəcəklər?"

BAKI, 24 avq — Sputnik. Falçıları fırıldaqçılıqda günahlandırmamışdan əvvəl xüsusi laboratoriya yaradılmalı, onların fövqəltəbii bacarıqlarının olub-olmadığı sınaqdan keçirilməlidir. Azərbaycanlı ekstrasens, psixoloq Zirəddin Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daxili İşlər Nazirliyinin falçılığı fırıldaqçılıq sayaraq onu qadağan etməsini Sputnik-ə şərh edərkən deyib. 

- Azərbaycanın dövlət qurumlarının falçılıq fəaliyyətinin qadağan edilməsi barədə qərarını necə qiymətləndirirsiz? 

Известный азербайджанский экстрасенс Зираддин Рзаев
Известный азербайджанский экстрасенс Зираддин Рзаев

— Fırıldaqçılıqda günahlandırılmaq hələ o demək deyil ki, onlar həqiqətən də fırıldaqçıdırlar. Ola bilsin, ekstrasenslərə, cadugərlərə və falçılara müraciət edən adamların çoxu psixi problemlərdən əziyyət çəkir. Amma hamını birbaşa qınamaq olmaz. Bu, düzgün deyil. Psixoloq olaraq mən tez-tez özünü ekstrasens, vergili, öncəgörən adlandıran adamları müşahidə edirəm. Onların əksəriyyəti psixi xəstə insanlardır. Onları həbs etmək və fırıldaqçılıqda günahlandırmaq olmaz.

Mən Rusiyada yaşayıram və bu ölkənin qanunları ilə yaxşı tanışam. Burada hüquq-mühafizə orqanları bu qəbildən olan şikayətləri fırıldaqçılıq halı hesab edərək araşdırmır. Əgər hüquq-mühafizə orqanları heç bir şikayət olmadan kimisə məsuliyyətə cəlb etsə, onlara gülərlər. İkincisi, falçılığın qadağan edilməsi, yaxud da ona icazə verilməsi məsələlərinə Milli Məclis baxmalıdır. Üçüncüsü, dövlət orqanları adamın fırıldaqçı olduğunu sübut etməlidir. Maraqlıdır, onlar bunu necə sübut edəcəklər? İnsanlara falçı, yaxud da ekstrasens yanına getməyi qadağan etmək olmaz. Bu, bir növ əyləncədir. Burada nə var ki?! Çoxları kazinoya gedir, dostları ilə kart oynayır. Bu, kimi narahat edir? Bu, fırıldaqçılıq deyil.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV-ə deyib ki, falçılarla mübarizə çərçivəsində elmi fəaliyyətlə məşğul olan və sertifikatlı ekstrasenslərə toxunulmayacaq. Belə bir sertifikatı haradan almaq olar və bunun üçün kimə, necə müraciət edilməlidir?

— Mübariz Qurbanlı mənim yerlimdir. Biz bir-birimizi yaxşı tanıyırıq. Mənim ona hörmətim var. Sertifikatlara gəldikdə isə, şəxsən mən həmişə ekstrasenslərə yalnız ali tibb təhsili olduğu təqdirdə işləmək icazəsinin verilməsini təklif etmişəm. Ekstrasenslərə heç bir sertifikat lazım deyil. Ekstrasensin mütləq yüksək tibbi təhsili olmalıdır. Bu, çox vacibdir. Əgər təhsili yoxdursa, ekstrasens həkimlərin müşahidəsi altında işləməlidir. Çünki ekstrasens insan orqanlarının yerini bilməyə bilər.

Buna qədər isə ekstrasens özünün fizik, kimyaçı və həkimlik qabiliyyətini sübut etməlidir. O, müəyyən biliklərə malik olmalıdır. Nostradamus kim olub? O, həkim, filosof, şair və alim olub. Bizim zəmanəmizdə elə ekstrasenslər var? Əlbəttə ki, yox. Ona görə də, təhsilli insanlar ekstrasenslərə inanmırlar. Sertifikatlara gəlincə, hazırda dünyada ABŞ-dan başqa heç yerdə bu fenomen dövlət səviyyəsində öyrənilmir və lisenziya verilmir. Dövlət Komitəsi hansı üsullarla adamın fırıldaqçı olduğunu, yaxud onun fövqəltəbii bacarıqlara malik olub-olmadığını müəyyənləşdirəcək?

- Fövqəltəbii bacarıqları müəyyənləşdirmək üsulları onsuz da yoxdur.

— Onda bu, zorakılıqdır. Dövlət orqanı öz fəaliyyətini əsaslandırmalıdır. Onlar göstəricilər təqdim etməlidirlər ki, bu il ərzində nə qədər adam falçılar və yalançı ekstrasenslərin əlindən zərər görüb. Adətən Azərbaycan, Gürcüstan, Moldova kimi kiçik dövlətlər ABŞ kimi böyük inkişaf yolu keçmiş dövlətlərin təcrübəsindən istifadə etməlidir. Hətta Avropa ölkələrində telekanalların canlı efirində falçılar məsləhətlər verirlər, kart açırlar, halbuki mən onların heç birinə inanmıram. Amma orada azadlıqdır və xalq özü öz əyləncə növünü seçir. İnsanlar qısa nömrələrə mesaj yollayaraq SMS vasitəsilə pul ödəyirlər. Bununla belə, hansısa məmur falçılığın qadağan olunması ilə bağlı rəsmi bəyanat vermir, parlament isə bununla bağlı hər hansı qanun qəbul etmir. İş ondadır ki, bir çox falçılar təhsilsiz və savadsızdırlar. Onlar sertifikatları haradan almaq lazım gəldiyini bilmirlər.

- Siz Azərbaycanda hansı cadugərləri, falçıları və ekstrasensləri ən güclü hesab edirsiniz?

— Düzünü desəm, əgər mən də hüquq-mühafizə orqanlarının yerinə olsaydım, onların hamısını həbs edər və fəaliyyətlərinə qadağa qoyardım. Çünki onların çoxu xəstə və şarlatandır. Əsl ekstrasensin kim olmasına gəlincə, mən hesab edirəm ki, o, rəhmətlik esktrasens Etibar Erkin idi. Mən bu adama çox hörmət edirdim və onu sevirdim. O, milli sərvət idi. Erkin İmam Museyi-Kazımın nəslindəndir. Mən şəxsən ona inanırdım. O, öz ölümünü əvvəlcədən deyib. Həmişə oğulları ilə birlikdə öldürüləcəyini deyirdi. O, boşanandan sonra uşaqları ona baş çəkməyə gələndə onları namaz üstündə öldürmüşdülər. Bununla belə, o, parapsixologiya kafedrası açmış yeganə ekstrasens idi.

 — Bəs siz öz taleyinizi qabaqcadan görə bilirsiniz?

— Əlbəttə. Bəzi insanlar elə bilirlər ki, ekstrasenslər hər şeyi bilməlidirlər. Bu, doğru deyil. Digərləri isə əmindirlər ki, ekstrasenslər öz gələcəklərini qabaqcadan görə bilmirlər. Mən çox epizodları görürəm. Mən klinikada işləyirəm və bu yaxınlarda avtomobilimi park etmək üçün parklama yerinə girdim. Bu zaman məndə öncəgörmə baş verdi. Gördüm ki, mənim avtomobilimi necə vururlar. Mən geri qayıtdım və maşınımı həmin yerdən 2 metr aralıda saxladım. Mən binaya girəndə administrator mənə yaxınlaşıb dedi ki, mənim maşınımı vurublar. Onda başa düşdüm ki, bu, taledir. Mən bunu əvvəlcədən görmüşdüm, amma heç nə edə bilmədim. Əlbəttə, mən özümlə bağlı çox şeyi əvvəlcədən görürəm. Və onlar real həyatda baş verir.

Əlaqədar

Rəml atıram, fala baxıram - əsrlərin fırıldağı
"Falçı yeri"nin yaradılmasına razılıq verildi
İŞİD-çilər "cadugər"lərin başını kəsdilər
Teqlər:
psixoloq, ekstrasens, Zirəddin Rzayev, fırıldaqçı, cadugər, cadu, falabaxan, falçı

Əsas mövzular