09:27 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Rəsul Çunayev və Tarik Əziz Benais

Düşmənə uduzan idmançı Vətən xainidir?

© REUTERS / Toru Hanai
CƏMİYYƏT
Qısa URL
47802

Yaxud, beynəlxalq yarışlarda erməni rəqiblərə məğlub olan azərbaycanlı idmançıların "topa tutulması"...

BAKI, 18 avq — Sputnik. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdığı kimi, idmançılarımızın məğlubiyyətləri də bir o qədər məyusluq meydana çıxarır. İdmançımızın məğlub olduğu rəqib erməni olduğu halda isə, bu məyusluq əndazəni keçir. Yəni, düşmənə rinqdə yenilən idmançı, az qala "xalq düşməni" elan olunur.

Sputnik-in əməkdaşı cəmiyyətdəki bu yanaşmanın nə dərəcədə ədalətli olub-olmadığına dair sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib.

Turğay Camal — tələbə: "Biz idmançımızın tək qələbəsində deyil, məğlubiyyətində də yanında olmalıyıq. Millət olaraq bu cür davranmalıyıq. Amma bizdə hələ "millət" anlayışı tam formalaşmadığı üçün, bu cür mənfi tendensiyaların şahidi oluruq".

Vüsal Qarayev — jurnalist: "Uğur qazandığında gurultulu alqışlardan məst olan, bir müəllimin həyatı boyu qazana bilmədiyi pullar qazanan, ən yüksək imtiyazlara sahib olan idmançı, uğursuzluq zamanı da tənqidlərə, hətta təhqirlərə belə, dözməlidir, buna özünü hazırlamalıdır. Amma idmançının hansı millətin nümayəndəsinə uduzmasının heç bir fərqi yoxdur".

Faiq Mahmudov — tərcüməçi: "İdmançıları yox, onları külli miqdarda qazancla şirnikləndirənləri tənqid eləmək lazımdır. Çünki elə vəziyyət yaranır ki, idmançının məqsəd qalibiyyət deyil, pul və vəzifə qazanmaq olur. Onu qazanan kimi də karyera bitir. Məsələn, Rəsul Çunayev ötən il idmançı idi və qələbə qazandı, amma bu il zabitdir, başı vəzifəyə qarışıb deyə məğlub oldu".

Боксер Эльвин Мамишзаде
© AP Photo / Frank Franklin II

Mikayil Hasanli — QHT sektorunda çalışan gənc: "İdmançı beynəlxalq arenada hər bir millətin nümayəndəsi ilə qarşılaşır, oyunda uda da bilər, uduza da. Bu, idmandır, heç kim heç nədən sığortalanmayıb. Necə ola bilir ki, qələbə qazananda başımızın tacı edirik, amma uduzan kimi onu hədəfə alırıq? Doğulandan bu günə ölkə, millət, xalq, dövlət adına bir uğur qazanmayan şəxslər indi özünü bir nəsə hesab edib 25 yaşına qədər beynəlxalq arena dəfələrlə Azərbaycan bayrağını qaldırmış, düşmən ölkənin idmançılarını böyük fərqlərlə məğlub edən idmançımızı tənqid bir yana qalsın, təhqir edirlər. Sual verən lazımdır ki, sən nə etmisən bu ölkə adına? Hansı uğurları qazanmısan ki, bu gün gəlib kimlərisə qınayasan".

Vaqif Qarayev — həkim: "İdmanda daimi olan heç nə yoxdur. Bu gün göylərə qaldırdığımız idmançı sabah məğlubiyyətlə üzləşəcək. Hamı idman qələbələrimizi istəyir, amma uğursuzluğu faciəyə çevirmək düzgün deyil".

Elçin Zodorov — müxbir: "Erməni idmançıya qarşı qələbənin şişirdilməsi, məğlubiyyətin faciə kimi qələmə verilməsi siyasi vəziyyətlə bağlı hardasa başa düşüləndir, amma mən bunu alqışlamıram. İdman daha ön plana çıxmalıdır, nəinki milliyətçilik. Dqşmən idmançılar üzərindəki qələbə və ya üzləşdiyimiz məğlubiyyətlərə digərlərində olduğu kimi reaksiya verilməsi daha doğru olar".

Mahir Mammadli — telejurnalist: "İdmanda düşmən ölkənin nümayəndəsinə qalib gəlməyi qəhrəmanlaşdırmaq nə qədər yanlışdırsa, məğlubiyyəti faciəyə çevirmək, məğlub idmançını az qala vətən xaini çıxartmaq bir o qədər yanlışdır. Hər şeyin kökündə qəhrəmanlaşdırma dayanır".

Səbinə Abdullayeva — paraolimpiyaçı: "Olimpiya oyunlarında zəif idmançı yoxdur. Hər bir idmançı hazırlaşıb gəlir yarışa, idmanda udmaq da olar, uduzmaq da. Normal qəbul etmək lazımdır".

Anar Süleymanlı — idmançı və müəllim: "Tək idmanda yox, bütün sahələrdə udmaq da var, uduzmaq da. Həmişə tərif olmaz ki… Tənqid də olmalıdır. Amma təhqir olmaz. Eyni zamanda, idmançının təriflərlə başının altına yastıq qoymaq da doğru deyil".

Arif Məhərrəmov — müharibə veteranı: "Elə döyüşçü idmançılarımız var ki, söhrət onların başını hərlədir və bəzən də ayağının altını belə, görə bilmirlər. Amma milli komandamıza vətənsevərlərin dəstəyi mütləq lazımdır".

Əlaqədar

Rio-da liderlik uğrunda mübarizə davam edir
Rəsul Çunayev Rio-da 1/4 finala vəsiqə qazanıb
Sabah Şəriəti Rio-2016-nın bürüncünü qazandı
Kamran Şahsuvarlı Rio-2016-nın yarımfinalına çıxıb
Elvin Məmişzadə Rio-2016-da 1/4 finalda
Rio Olimpiadasında daha bir rəzalət
Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."
Teqlər:
məğlubiyyət, qələbə, uğur, idman, idmançı

Əsas mövzular