15:33 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Bakının mərkəzində ərəb tursitlər

Paytaxtın biznes sektoru görmədiyi günə düşüb

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
224210

Ərəb turistlərin Bakıda xərclədikləri pullar xidmət və ictimai iaşə sahəsində çalışanları heyrətə salıb

BAKI, 18 avq — Sputnik. Xarici ölkələrlə sadələşdirilmiş viza rejiminə keçid, ölkəyə turist axınını gücləndirib. Əsasən də fars körfəzi və ərəb yarımadasından gələnlərin sayı daha çoxdur. Mövcud vəziyyət heç şübhəsiz, turizm sektorunda çalışanları daha çox sevindirib.

Bununla belə, restoran, əyləncə mərkəzləri, həmçinin daşınmaz əmlak sektorunda da canlanma müşahidə olunur. Əgər Avropadan gələn turistlər yeməkdən daha çox içkiyə pul xərcləyirsə, ərəblərdə bu, tamam fərqlidir. Bununla bağlı restoran, kafe sahibləri ilə apardığımız söhbət zamanı maraqlı məlumatlar öyrəndik.

Bakının mərkəzində ərəblər
© Sputnik / Fuad Hasanov
Bakının mərkəzində ərəblər

Paytaxtın Həsən Əliyev küçəsində yerləşən məşhur "Qabırğa restoranı"nın meneceri Emin Rəsulov Sputnik-in əməkdaşı ilə söhbətində, ingilislərdən daha çox ərəb və farslardan xeyir gördüklərini deyib: "Avropalılar çox pul xərcləməyi sevmirlər. Gələndə də ancaq bir neçə bakal pivə içib gedirlər. Amma iranlı və ərəb dostlarımız sağ olsunlar, restorana ailəlikcə gəlirlər, üstəlik hər növ yemək sifariş edirlər. Amma avropalılardan fərqli olaraq ərəblər və farslar çox səs-küy salırlar. Əlbəttə, ətrafdakılar da bir az narahat olurlar".

Uzun müddətdir ki, durğunluq yaşayan daşınmaz əmlak sektoru isə turist axınından maksimum yararlanmağa çalışır. El dili ilə desək, maklerlər görmədikləri günə düşüblər.

Bu sahənin mütəxəssisləri bu günlərdə ikiqat sevinc yaşayırlar. Belə ki, ali təhsil ocaqlarına yeni qəbul olan tələbələrin paytaxta axını ilə, turistlərin Azərbaycana gəlişi eyni vaxta düşüb. Bu da kirayə evlərə tələbatı ikiqat artırıb.

Bundan başqa, son günlər yerli mətbuatda qeyd olunur ki, ərəblər Azərbaycanda külli miqdarda daşınmaz əmlak almağa başlayıblar. Bu sahədə hazırki vəziyyətlə yerində tanış olmaq üçün Sputnik-in əməkdaşı bir neçə rieltor şirkətinə üz tutub.

"Gənclik" metrostansiyası yaxınlığında yerləşən "M-House" firmasının baş meneceri Daşqın Əbdüləzimovun dediyinə görə, onlara müraciət edən turistlər daha çox Avropadan gələnlərdir: "Bilmirəm, bəlkə ərəblər hələ yenidir. Ona görə az müraciət edirlər. Amma hələlik ingilis, fransız müştərilərimiz daha çoxdur".

Orxan Abdullayev, Qaya-əmlak şirkətinin təmsilçisi
© Sputnik / Fuad Hasanov
Orxan Abdullayev, "Qaya-əmlak" şirkətinin təmsilçisi

"Qaldı ki, öz millətimizə, indi tələbələrin Bakıya gələn vaxtıdır, bununla bağlı kirayə sifarişlərimiz çoxalıb. Amma ümumi il ərzini götürsək, vəziyyət elə də ürəkaçan deyil. Çünki biz təkcə kirayə ilə pul qazana bilmərik, axı! Əsas pul alqı-satqıda olur, o da yox kimi bir şeydir", — D. Əbdüləzimov bildirdi.

Azərbaycanın ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan "Qaya Əmlak" şirkətinin satış təmsilçisi Orxan Abdullayev isə Sputnik-ə açıqlamasında xarici turistlərin, əsasən də ərəblərin paytaxtın əmlak sektoruna təsiri ilə bağlı vacib məqamlara toxunub. Şirkət təmsilçisinin sözlərindən belə anladıq ki, məsələ heç də hər kəsin düşündüyü kimi deyil. Yəni bir çox saytlarda yazıldığı kimi, paytaxtda ev alan və ya almaq istəyən turistlərin sayı heç də artmayıb.

"Bizdə ümumi statistika olmasa da, özümüzdə olan məlumatı sizinlə bölüşə bilərik. Bəzi söz-söhbətlər dolaşır ki, guya ərəblər kütləvi şəkildə Bakıdan ev alırlar. Açığı, bu, doğru informasiya deyil", — O. Abdullayev qeyd etdi.

O, şirkətə bu barədə müraciət edib, evlərin qiymətlərini soruşanların olduğunu desə də, hələlik real ərəb alıcı ilə rastlaşmadıqlarını əlavə etdi: "Onlar kirayələrlə də maraqlanırlar, ancaq daha çox hotellərə üstünlük verirlər. Yəqin ki, hələ yenidirlər, zaman keçdikcə onlar da avropalılar kimi, mərkəzdə kirayə evlərə üz tuta bilərlər".

Əlaqədar

Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar
Ərəb turistlər barədə bilmədikləriniz
Bakıda oteldə ərəb turistinin cəsədi aşkarlandı
Bakıda ərəblərin sayı buna görə artıb
Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir
Teqlər:
əmlak, xidmət, restoran, Bakı, turist, ərəb

Əsas mövzular