08:19 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Kitabçı Alik

"Kimya kitabı oğurlayan müğənnini bağışlamadım..."

© Sputnik / Hikmet Orhun
CƏMİYYƏT
Qısa URL
46040

Rayondakı bütün kitabsevərlərin tanıdığı adam: "Bir əsgər, maaşı veriləndə gəlir, beş-on kitab alıb gedir"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 18 avq — Sputnik. Qazaxda onu "Alik" deyə tanıyırlar, kitabçı Alik. Mərkəzdə kimdən soruşsan, ən azı bir dəfə onun mağazasında olub, ya kitab, ya dəftərxana ləvazimatı alıb. Uşaqla uşaqdır, böyüklə böyük.

Zamanın pul sarıdan "qara gələn" vaxtı üstünə gələni əliboş qaytarmaz. Hər halda onu tanıyanlar belə deyirlər. Onunla söhbətləşməyə gəldiyimizi bilib, bizi də pivə qonaqlığına çağırdı, amma zaman darlığından razı olmadıq. Söhbətimizi edib, şəkillərimizi çəkib halallıqla ayrıldıq.

Allahverdi Musayev Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qazax Dövlət Dram teatrında rejissor kimi çalışır. Dolanışıq üzündən əlavə bir iş axtarmağa başlayanda ağlına gəlib ki, kitab biznesinə girişsin; bunu kitab mağazalarının azlıq təşkil etdiyi rayonda həm gəlirli, həm də zövqlü bir iş kimi görüb.

"Qabaqlar alverin o sahəsi qalmamışdı ki, mən onu etməyim, amma adam gərək gördüyü işdən zövq ala. Qazaxda dəftərxana ləvazimatı, abituryent kitabçaları satmaqla məşğul olan Zeynəb xala mağazanı bağlayandan sonra düşündüm ki, dükanı mən götürüb işlədim. Bu işə həm tələbat var idi, həm də sevdiyim iş idi. Az-çox mütaliəm də var idi deyə, heç çəkinmədim. Tez zamanda istədiyimə nail ola bildim, oxucular üstümə axışdıqca və tələbat çoxaldıqca bədii kitabların sayını çoxaltdım", — deyir müsahibimiz.

  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
  • Kitabçı Alik
    Kitabçı Alik
    © Sputnik / Hikmet Orhun
1 / 7
© Sputnik / Hikmet Orhun
Kitabçı Alik

Teatrda istənilən uğuru qazana bilməsə də, tez zamanda kitabçılıq işində öz sözünü deməyib bacarıb. Bu gün rayonda ondan başqa bədii kitablar satan kitabçı yoxdur.

Özünün dediyinə görə, səhnəni həddən artıq çox sevir, ancaq uğur qazana bilmədiyi, əksinə günü-gündən geri getdiyi bir yerdə çabalamaqdansa, başqa bir sahədə özünü tapıb.

Məqsədi cəmiyyət üçün daha faydalı insana çevrilə bilməkdir: "Bölgədə teatrın vəziyyəti həddindən artıq acınacaqlıdır, ürəyin istəyən şeyləri edə bilmirsən. Bir yerdə ki, aktrisa qıtlığı olsun və qız əvəzinə qarı, qarı əvəzinə qız oynadılsın, orada sənət yaratmaq qeyri-mümkündür. Böyük çıxmasın, sizə də məlumdur ki, sənət azad mühitdə yetişir, təəssüflər olsun, bölgə teatrlarının heç birində münbit şərait yoxdur. Hazırlanan tamaşalar istənilən effekt vermir".

Bir anlıq teatrlarımızın mövcud durumuna nəzər salanda onun sözlərinə haqq verməmək olmur. Düzdür, teatrı açıq havada da təşkil etmək olar, amma bir yerdə ki, insanları yerli məmurlar dərsə yola salırmış kimi zorla teatra və kinoya göndərirsə, bunda nə Allahverdinin günahı var, nə də digərlərinin.

Demək, cəmiyyət olaraq biz o səviyyəyə gəlib çatmamışıq ki, onlardan tamaşanı çörək kimi, hava və su kimi tələb edək və onlar da biri-biriylə bəhsə girib daha gözəl sənət nümunələri ortaya qoya bilsinlər. Əslində, valideynlərdə də günah yoxdur, aktyorun və aktrisanın normal dolana bilmədiyini görəndə qabaqlayıcı tədbirlər görür, amma onlar hələ də qızlarını aktrisa, oğlanlarını aktyor olmaqdan çəkindirirsə, demək, arzulanan günlərə çox var.

Mağazada isə Allahverdinin bu gün fəhlədən tutmuş həkimə, müəllimə qədər ən azı yüz, yüz əlli oxucusu hər ay ondan kitab tələb edir, yeni yazan müəllifləri soruşur: "Ay ərzində çox oxucum olur, artıq kimin hansı kitabı sevdiyini bilirəm və o qapıdan girəndə bilirəm ki, nə istəyir. Özüm ondan qabağa düşüb kitab təklif edir, hətta, kitab haqqında ona annotasiya da verirəm".

Müsahibimiz maraqlı bir məqamı da qeyd edir: "Deməli, bir dəfə bir fəhlə mağazama təşrif buyurmuşdu, təzə vaxtım idi, nabələd idim. Üstünü "unlu" görüb dəyirmançı zənn etdim, düşündüm, bundan kitab alan olmaz, təsadüfi heç oxumadığım bir kitabı təklif etdim, dedi, oxumuşam. Yalan olmasın, kitabxanamda olan bir xeyli kitab haqqında məlumat verdi. Ondan sonra alıcılarımla ehtiyatlı davranıram. Misal üçün, onların sırasında bir əsgər var ki, maaşı veriləndə gəlir, beş-on kitab alıb gedir".

Allahverdi deyir, bu günə qədər çox maraqlı hadisələrlə qarşılaşıb. Pulu olmayan, amma içindən kitab oxumaq keçən adamlar gəlib ki, heç təmənnasız kitab verib, yola salıb: "Bir neçə dəfə kitab oğurlayan da olub. Sonra tutub başa salmışam ki, hansı kitabı istəyirsən, de, verim, amma bir də belə iş tutma. Amma bir dəfə kimya kitabı oğurlayan müğənnini bağışlamadım, kitabı aldım əlindən. Bilirdim, oxumayacaq, sadəcə tamahı güc gəlmişdi".

Əlaqədar

O, ən geci, günortayadək ac qala bilər
Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı
Erotik film çəkmək istəyən qız: "Ailəm tərəfindən problemlər yaşayıram"
Şeirə, şeiriyyata hörmət xatirinə...
Teqlər:
Allahverdi Musayev, "Alik", oxucu, Qazax, dükan, kitab

Əsas mövzular